Sosial şəbəkələrdə yayımla

Nar Mobile-dan jurnalistlərə jest

Azerfon MMC (Nar Mobile ticarət nişanı) aparıcı KİV-ləri təmsil edən jurnalistlərin iştirakı ilə regionlarda Nar Mobile əhatə dairəsi artımını əyani şəkildə yoxlamaq məqsədi ilə tədbir təşkil etdi.
25-26 avqust tarixlərində Azerfon MMC Nar Mobile əhatə dairəsi artımını əyani şəkildə yoxlamaq məqsədilə aparıcı KİV-ləri təmsil edən jurnalistlərin şimal bölgələrə səfərini təşkil etdi.

Tədbir avqustun 25-i paytaxtda başlayıb Sumqayıt, Xızı, Dəvəçi, Siyəzən, Quba və Qusar marşrutu ilə davam etdi. Yol boyu jurnalistlər Nar Mobile rabitəsinin keyfiyyətini yoxlamaqla yanaşı, SMS və GPRS xidmətlərindən də istifadə edirdilər.Qeyd etmək lazımdır ki, jurnalistlər Nar Mobile şəbəkəsinin yüksək keyfiyyətli və kəsintisiz rabitənin əyani şahidi oldular.

Tədbir Quba Olimpiya Kompleksində istirahətlə davam etdi. Avqustun 26-sı tədbir iştirakçıları Bakıya qayıtdılar.

Hal-hazırda «Nar Mobile» şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Bakı, Abşeron, Naxçıvan, Babək, Nabran, Yalama, Samur, Dəliməmmədli, Xaçmaz, Xudat və Şəmkirdə əlavə stansiyalar quraşdırılıb. Yalnız bu yay ərzində həm ucqar rayonları, həm də paytaxtı yüksək keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə əlavə 100 stansiya istismara verilib. Bu stansiyaların istismara verilməsi şəbəkənin tutumunun genişlənməsi ilə bərabər, Azərbaycanın bütün ərazəsində göstərilən xidmətlərin keyfiyyətinin artmasına səbəb olub.

 

Baxılıb: 4967

Şərhlər