Sosial şəbəkələrdə yayımla

Nar Mobile Yeni il kampaniyalarını davam edir

Nar Mobile “2 SIM-Kart 1 SİM-Kart qiymətinə” adlı yeni il hədiyyə paketini təqdim etdi! Nar Mobile Sim–kartı ilə paket alan hər kəs 2-ci “hədiyyəli” nömrənin sahibi olacaq!

Xüsusi hədiyyə komplektinə görə standart ödəniş edərkən (3 AZN) abunəçi iki SİM – Kartın sahibi olur. Aktivləşdirmədən sonra bir SİM – kartin balansına 3 AZN, xüsusi yapışqanla qeyd edilmiş digərinin balansına isə 1 AZN yüklənir.Nar Mobile Mərkəzlərində nömrə alışı zamanı abunəçi növbədənkənar sadə nömrəni pulsuz olaraq seçə bilər.

Bu hədiyyəni Nar Mobile mərkəzləri və Azerfon MMC-nin rəsmi dillerlərinin dükanlarında əldə etmək olar.

Bundan əlavə Nar Mobile abunəçilərinə mobil rabitə xərcləri haqqında düşünmədən ünsiyyətdə olmaq üçün unikal imkan yaradılıb. Dekabr ayında mobil rabitəyə xərclənən bütün xərclər əlavə dəqiqələr və pulsuz SMS şəklində 2008 – ci ildə hədiyyə ediləcək. Onu da qeyd etmək lazımdır ki, bu analoqu olmayan aksiya müştərilərin rahatlığı və vəsaitlərin qənaəti məqsədi ilə keçirilir.

Baxılıb: 4985

Şərhlər