Sosial şəbəkələrdə yayımla

Nar Mobile yeniləşdirilmiş Korporativ Tarif Planını təqdim etdi!

Korporativ müştərilər üçün nəzərdə tutulmuş tarif planı şirkətə mobil rabitəyə sərf edilən xərcləri 2 dəfəyə qədər azaltmaq imkanı yaradır. Nar Mobile korparativ planını istifadəçilərinə hər ay ölkə üzrə istənilən istiqamətlərdə zəng etmək üçün 40 pulsuz dəqiqə hədiyyə ediləcəkdir. İndi Korporativ müştərilər öz həmkarları və iş partnyorlarıyla inanılmaz sərfəli tariflərlə danışa bilərlər.

Nar Mobile şəbəkəsi daxilində 1 dəqiqə danışıq haqqı cəmi 0,05 AZN, Azərbaycan üzrə digər istiqamətlərdə isə 0.12 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

 Nar Mobile şəbəkəsi daxilində 0.05 AZN
 Azərbaycan üzrə digər istiqamətlərə 0.12 AZN
 Pulsuz dəqiqələr (ölkə daxili bütün istiqamətlərə) 40 dəqiqə
 Abunə haqqı 4 AZN

Nar Mobile Korporativ Tarif Planı korporativ müştərilərə təqdim edilən xidmətlərə yeni yanaşmadır və indi daha çox abunəçi bu tarif planının üstünlüklərini qiymətləndirə biləcəklər. Bu əlverişli və çox sadələşdirilmiş təklif Sizin şirkətin mobil rabitə xərclərini xeyli azaltmaq imkanı yaradacaqdır.

Qeyd etmək lazımdır ki, korporativ müştərilərin hər birinə 24 saat fəaliyyət göstərən özəl müştəri xidmətləri təklif olunur. Azerfon MMC korporativ müştərilərin mobil rabitədən istifadədə ən sərfəli şərtlər və geniş imkanlar təqdim etmək üçün hər zaman çalışır. Korporativ Tarif Planına qoşulmaq üçün www.narmobile.az saytına daxil olmaq kifayətdir.

Baxılıb: 4855

Şərhlər