Sosial şəbəkələrdə yayımla

Nar Mobiledan Xoş Xəbər

27 Sentyabr 2007-ci il tarixində ölkənin yeni mobil operatoru AZERFON MMC (Nar Mobile ticarət nişanı) bazarda analoqu olmayan tarif planını öz abunəçilərinə təqdim etdi.
“Xoş Xəbər” tarif planı abunəçilərin arzuları və maksimum rahatlığını düşünərək ölkə daxilində digər mobil operatorlara və şəhər nömrələrinə bütün zənglərin qiymətini çox sərfəli etməklə yanaşı, Nar Mobile şəbəkəsi daxilində bazarda zənglərin qiyməti ən münasib olan təklif kimi qiymətləndirilə bilər.

“Xoş Xəbər” yeni tarif planı bazarda mövcud digər təkliflərdən sərfəli qiymət və bonus sistemi ilə seçilir.

Xoş Xəbər tarif planı
Nar Mobile şəbəkəsi daxilində 1 dəq.-nin qiyməti 0.05 AZN
Ölkə daxilində digər zənglərə 1 dəq.-nin qiyməti 0.15 AZN
Abunə haqqı 2 AZN (gündəlik 0.066 AZN)
Pulsuz Dəqiqələr 20 dəqiqə

Bazarda ən münasib qiymətlərlə zəng etmək imkanından əlavə “Xoş Xəbər” tarif planının bütün abunəçiləri həm Nar Mobile şəbəkəsi, həm də ölkə daxilində digər istiqamətlərdə 20 dəqiqə pulsuz danışıq vaxtı əldə edəcəklər.

“Xoş Xəbər” tarif planının istifadə haqqı gündəlik 0.066 AZN təşkil edir ( ayliq 2 AZN). Xoş Xəbər tarif planına qoşulmaq üçün bütün Nar Mobile Mərkəzlərinə və ya rəsmi şatış nöqtələrinin birinə müraciət etmək kifayətdir.

Bundan əlavə olaraq “Xoş Xəbər” tarif planlarının istifadəçiləri “Bir Ümman Yenilik” kampaniyası çərçivəsində 1 Noyabr 2007-ci il tarixinədək GPRS paketlərinə 50% güzəşt əldə etmiş olacaqlar.

Baxılıb: 5248

Şərhlər