Sosial şəbəkələrdə yayımla

“Nar” pavilyonu layihəsi uğurla həyata keçirilib

Fəaliyyəti boyunca hər zaman “Gələcəyə öndə” şüarını əsas tutan “Havas Worldwide Baku” reklam agentliyi “Nar”la əməkdaşlığı çərçivəsində "Bakı-2015 ilk Avropa Oyunlarına" həsr olunmuş “Nar” pavilyonu strategiyasının lokallaşdırılmasını uğurla həyata keçirib. 
 
 
 
Layihənin strategiyası “Havas Sports&Entertainment” beynəlxalq şəbəkəsinin Rusiya ofisi tərəfindən hazırlanıb. “Nar” pavilyonu layihəsi ölkənin sürətlə inkişaf edən mobil operatoru “Nar”ın "Bakı-2015 ilk Avropa Oyunları"nın tərəfdaşlıq paketinin aktivasiyası çərçivəsində həyata keçirilib. “Havas Worldwide Baku” tərəfdaşlıq hüquqlarının reallaşdırılması imkanının müəyyənləşdirilməsi və reallaşdırılmasına dair aktivasiya layihəsinin tərtib edilməsi üçün məsləhət xidmətlərini göstərərək pavilyonun hazırlanması prosesinə nəzarəti də uğurla həyata keçirib. Qarşıya qoyulan əsas məqsəd “Nar”ın insanları ilk Avropa Oyunları kimi möhtəşəm idman tədbirinin ətrafında birləşdirmək istəyini, insanları idmançılarımızı yüksək nəticələrə ruhlandırmağa çağırmasını əks etdirmək olub. 
 
 
 
 
İyun ayının 10-da pavilyonun rəsmi açılışı ilə bağlı keçirilən tədbirdə “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, Bakı-2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, tanınmış mətbuat nümayəndəsi Elnur Baimov, şoumen Murad Dadaşov, aparıcı Nərgiz Cəlilova iştirak edib. İlk Avropa Oyunlarının sonuna kimi qonaqlarının üzünə açıq olacaq pavilyonda “Nar” brendinin yenilənmə hekayəsi ilə tanış olmaq, su səthində möhtəşəm video-proyeksiya izləmək, Avropa Oyunları ab-havasına baş vurmaq, şəkil çəkdirmək və “Nar”dan müxtəlif hədiyyələr almaq imkanı yaradılıb.
Qeyd edək ki, “Havas Worldwide”ın Bakı nümayəndəliyi 2012-cü ilin dekabr ayında fəaliyyətə başlayıb və Kreativ Biznes İdeyalar hesabına brendin istehlakçılarla üzünmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik kreativ agentlikdir.
 
 
 
 
 
 

Baxılıb: 4247

Şərhlər