Sosial şəbəkələrdə yayımla

Narmobile voleybol oyunlarının sponsoru olacaq

Mobil operatoru Azərfon avqustun 20-dən 25-nə kimi Bakıda keçiriləcək Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turnirinin sponsoru olacaq.  

Beynəlxalq turnirdə  Azərbaycan voleybol yığması ile yanaşı həmçinin Türkiyə, İsrail, Bolqarıstan, Ukrayna və Yunanıstan yığma komandaları iştirak edəcək.  

Xatırladaq ki, 2007-ci ilin iyun ayında Azərfon şirkəti Azərbaycanda otüstü xokkey üzrə 1-ci Beynəlxalq turnirin təşkilatçısı olmuşdur. Həmin turnirdə Azərbaycan, ABŞ, İngiltərə, Koreya, Çin və Yeni Zelandiya otüstü xokkey yığma komandaları mübarizə aparmışlar.  

Baxılıb: 5923

Şərhlər