Sosial şəbəkələrdə yayımla

"Nar"ın baş ofisinin tərtibatı

2015-ci ilin aprelində “Nar”, rebrendinq edərək özünün yeni loqosunu və korporativ stilini təqdim etdi.  
Bununla əlaqədar olaraq "Nar"ın baş ofisində tərtibat işlərini “Jeykhun Imanov Studio” həyata keçirdi.
Bizim əsas məqsədimiz "Nar"ın yeni konsepsiyasına uyğun olan və nəinki ofisdə olan əməkdaşlara eləcə də ofisə gələn müştərilərə möhkəm, birlik içində yaşayan bir ailə fikrini çatdırmaq idi.
Sevgi ilk baxışdan başladığı kimi, şirkət haqqındakı ilk təəssürat da qəbul zalı ilə başlayır. Ona görə də burada elə bir atmosfer yaratamağa çalışdıq ki, hər kəs özünü evdəki kimi hiss etsin.
Dəhlizlər isə əməkdaşların gündəlik həyatından ibarət fotolar, şirkətlə bağlı müxtəlif statistik məlumatlar, dekorativ elementlər və tematik illüstrasiyalarla bəzədildi.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Baxılıb: 5543

Şərhlər