Sosial şəbəkələrdə yayımla

NHTSA Reytinqinə görə Subaru Outback və Subaru Legacy avtomobillərinin ən yaxşı olduğu təsdiq olunmuşdur

Amerikada,  Avropaya nisbətən kraş-testlər daha sərt həyata keçirilir. Məhz NHTSA 1978 ci ildən bəri NCAP (National Car Assessment Program) kraş-test sistemini tətbiq edərək rəsmi hesabatlar və reytinqlər dərc etməyə başlamışdır. Bir müddət sonra isə amerikalılar avtomobillərin təhlükəsizlik təsnifatını ulduzlar üzrə (ballar üzrə deyil) tətbiq etməyə başlamışlar. Onun yaranması səbəbi istehlakçıya təhlükəsiz avtomobil seçməkdə yardım etməkdən ibarətdir.  

Avtomobil seçimi zamanı dərc olunan həmin reytinqlər tək amerikalılar üçün vacib arqument deyil beləki, NHTSA –nın təsdiqi olmadan dünyada heç bir avtomobil satışa buraxıla bilməz. 

 NCAP standartlarına görə frontal zərbə zamanı saatda 35 millə gedən avtomobil düz bucaq altında beton maneəyə çırpılır lakin, EuroNCAP testlərində isə beton yerinə alüminium mənedən istifadə olunur.

Yandan zərbə zamanı isə avtomobilə saatda 38.5 millə hərəkət edən bir ton yarımlıq platforma əvvəlcə qabaqdan sonra isə 63 dərəcə altında arxadan zərbə endirir. 

Avtomobilin kraş-test zamanı alabiləcəyi maksimal ulduz sayı 5-dir. Bununla belə sürücünün və sərnişinin (qabaqdan zərbə zamanı), arxa və qabaq oturacaqların (yandan zərbə zamanı) təhlükəsizliyi ayrıca hesablanır. NHTSA ulduz metodikasına görə test olunan avtomobilin 5 ulduz alması  sürücü və sərnişinin qəza zamanı ciddi xəsarət alması təhlükəsinin 10% dən çox olmadığını göstərir.

Dörd  ulduz -10-20%,  üç ulduz 20-35%, iki ulduz -35-45%, bir ulduz isə 45% dən çox xəsarət alma deməkdir.

  Subaru Legacy və Subaru Outback avtomobilləri NHTSA nın növbəti kraş testində arxadan və yandan zərbələr zamanı təhlükəsizlik üzrə 5 ulduz almışdır. Hər iki avtomobil bütöv təhlükəsizlik dəsti ilə: EBD ilə birgə ABS, gərilə bilən təhlükəsizlik remenləri, ikiqat açılan təhlükəsizlik yastıqları, sərnişinlərin başı və boğazını qoruyan, yan təhlükəsizlik yastıqları və uşaq oturacaqları bərkidicisi olan LATCH  sistemi ilə təmin olunmuşdur.

Hər iki modelin kuzovu möhkəm rama strukturuna malikdir. Horizontal Subaru Boxer mühərriki isə elə yerləşdirilmişdir ki, qabaqdan zərbə zamanı mühərrik salona deyil, maşının altına girir. Porşenləri dirsəkli valın hər iki tərəfində 180 dərəcə altında yerləşən horizontal mühərrikin konstruksiyası bir çox üstünlüklər yaradır. Horizontal Subaru mühərrikləri simmetrik, eyni zamanda şassidə maksimal dərəcədə aşağıda yerləşdirilməklə avtomobilin ağırlıq mərkəzini aşağı endirir və avtomobilə ideal balans verir.  Horrizontal konkstruksiyalı mühərriklər Subarunun  başlıca xüsusiyyəti sayılır.   

 

Baxılıb: 4687

Şərhlər