Sosial şəbəkələrdə yayımla

Nike`ın tələbələr üçün yeni dizayn yarışması – “Nike Future Sole”

Yarışma, gələcəkdə dizayner fəaliyyəti ilə məşğul olacaq vəya özünü bu mövqedə sınamaq istəyən tələbələr üçün nəzərdə tutulmuşdur. 2008-ci ilin 15 may tarixinədək hər bir tələbə Nike üçün özünün yeni idman ayaqqabı dizaynını təqdim edə bilər.
Cavablar isə cəmi 2 gün sonra, professional dizaynerlər tərəfindən dəyərləndirilərək səslənəcək. Qalib dizaynın müəllifini isə 5000$ mükafat gözləyir.
Sonradan bu dizayn əsasında idman ayaqqabılarının istehsal olunub-olunmayacağı barədə isə heç bir məlumat yoxdur.

Nike belə yarışmaları hər il təşkil edəcəyi xəbərini də yaymışdır.

Baxılıb: 4493

Şərhlər