Sosial şəbəkələrdə yayımla

Nissan Tiida öz sahibini Aygün Kazımovanın konsertində gözləyir

İyunun 14-də Nurgün Motors şirkətinin Babək prospektindəki şourumunda müştərilərə həmişəkindən fərqli xidmət göstərildi. Həmin gün hər Nissan markalı avtomobil alıcısına tanınmış müğənni Aygün Kazımova öz konsertinə dəvətnamə və əlavə hədiyyələr təqdim etdi. Marketinq və satış departamentinin müdiri Rəşad Saracov bildirdi ki, bu səbəbdən həmin gün Nissan alıcılarında canlanma olub və alıcıların sayı qismən də olsa artıb və günün sonuna qədər isə 10-a yaxın Nissan markalı avtomobili satıldı.

Aygün Kazımova bununla bağlı bildirdi ki, Nurgün Motors şirkəti keçiriləcək konsertin baş sponsorudur. Eyni zamanda qeyd etdi ki, Respublika stadionunda keçiriləcək konsert proqramında bir ədəd Nissan Tiida avtomobili hansısa xoşbəxt tamaşaçının bəxtinə düşəcək. Qazanılacaq avtomobillə bağlı isə Aygün xanım bunları vurğuladı: “İstərdim ki, bu yeni Nissan Tiida, avtomobili olmayan və eyni zamanda Nissan markasını sevən birinə qismət olsun.”

Baxılıb: 3805

Şərhlər