Sosial şəbəkələrdə yayımla

NIVEA və MEC Azerbaijan-dan yeni birgə layihə

2016-cı ildə dəriyə qulluq üzrə kosmetik vasitələrin istehsalçısı olan alman şirkəti BEIERSDORF Azərbaycan bazarına yeni məhsul makiyaj üçün innovativ baza kremi NIVEA Make-Up Expert gətirdi.
Yüngül, çox tez hopan və bir neçə dəqiqəyə makiyaj etməyə imkan yaradan bu krem Azərbaycan gözəlləri arasında çoxsaylı pərəstişkar qazandı. 
Yeni kremin istehsalçılar, eləcə də tanınmış byuti-bloggerlər arasında populyarlığını görərək, BEIERSDORF şirkəti media tərəfdaşı - MEC Azerbaijan-la birgə dəriyə gündəlik qulluq üçün Make-UP Expert kremini seçən xanımlar arasında müsabiqə keçirmək fikrinə gəldi. 
Müsabiqədə iştirak üçün şərtlər çox sadədir: iştirakçı xanımlar NIVEA Make-Up Expert kreminin şəklini çəkməli, onun haqqında rəy yazıb Facebook-da paylaşmalı və NIVEA Azerbaijan səhifəsini öz paylaşımında qeyd etməlidir. Laykların və paylaşımların sayına görə 10 finalçı seçiləcək və onlar NIVEA məhsullarından dəst qazanacaq. Finalçılar arasından təsadüfi yolla qalib seçiləcək və o, üz dərisinə qulluq üçün Clarisonic qurğusunu hədiyyə qazanacaq. 
 
 
«Ölkəmizdəki xanımlar makiyaja və özünə baxıma böyük diqqət ayırır, – MEC Azerbiajan reklam agentliyinin direktoru Sabina Nelyubina aksiyaya belə şərh verdi. NIVEA məhsulları gözəl xanımlarımız arasında adətən dəriyə qayğı və keyfiyyətli baxımla assosiasiya olunur. Elə məhz buna görə bizim də NIVEA Make-Up Expert kreminin populyarlığına heç bir şübhəmiz olmadı. Amma müsabiqədə məhz dəriyə qulluğa həqiqətən önəm verən xanımların iştirakı prinsipial idi. Və elə bu səbəbdən NIVEA şirkəti əsas priz kimi Clarisonic qurğusunu seçdi – axı onun əsas təyinatı üz dərisinin təmizlənməsi və onun sağlamlığının qorunub saxlanmasıdır. Müsabiqənin elanı üçün biz Azərbaycanda ən populyar bloggeri – Səma Abiyevanı seçdik. Yeri gəlmişkən, o, NIVEA Make-Up Expert kremini artıq sınayıb və hətta öz izləyiciləri ilə təəssüratlarını da bölüşüb».
Aksiya noyabrın 8-ində başlayır və dekabrın 9-dək davam edəcək. Finalçılar dekabrın 15-dən gec olmayaraq Səma Abiyevanın Instagram səhifəsində və NIVEA Azerbaijan-ın Facebook səhifəsində elan olunacaq.  
Müsabiqədə iştirak barədə daha ətraflı buradan tanış ola bilərsiniz.
Eləcə də populyar blogger Səma Abiyevanın videosuna da baxa bilərsiniz. 

Baxılıb: 5432

Şərhlər