Sosial şəbəkələrdə yayımla

Nokia dünyaya yeni mobil marketing anlayışını bəyan edəcək

"Gələcəyin marketing imkanları" ilk baxışdan fərqli səslənsə də özündə çox böyük məna daşımaqdadır.
Mobil telefonlar da bu cürdür, kiçik lakin daha çox fərdiləşdirilə bilən və marketinq cəhətdən böyük əhəmiyyəti olan bir vasitə.

Dünya mobil reklam bazarının ən öncülü olan Enpocket şirkətinin müxtəlif brendlər üçün müxtəlif reklam kampaniyalarını təklif edən texnologiyası mövcuddur.
Məhz bu şirkəti almaqla Nokia bu sahədə öz mövqelərini daha da möhkəmləndirəcək və reklamverən şirkətlərlə yeni əməkdaşlıqlar qura biləcək.
"İstehlakçılara yönələn İnternet xidmətlərində dünya lideri olmaq" - deyə Nokianın texnologiyalar üzrə direktoru Tero Ojanpero öz hədəflərini açıqlayıb.
Nokia kimi mobil biznes nəhənginin bu sahəyə atılması çox böyük dəyişikliklərinin olacağı ehtimalını ortaya qoyur.

Baxılıb: 4908

Şərhlər