Sosial şəbəkələrdə yayımla

Ocakoğlu: "İstanbulu kreativ sənayenin mərkəzinə çevirmək istəyirik"

3-cü ildir mak.az olaraq THE CUP-da iştirak etməyə hazırlaşırıq. "Festivalların festivalı" reklamçıların yarış məkanı olduğu kimi, həm də marketinqə özünü yaxın hiss edən insanları bir araya gətirən platformadır. Tədbirin təşkilatçısı müxtəlif layihələri ilə tərəfdaşlıq etdiyimiz Rota Yayım və onun rəhbəri Günseli Özen Ocakoğludur. Tədbirdən öncə, Günseli xanımla görüşüb THE CUP-ı, özünü və digər layihələrini müzakirə etdik.

Düzü, özünün də dediyi kimi, tədbir tərs vaxta rast gəlib. Çox dəyər verdiyini söhbət etdiyimiz 1 saat ərzində dəfələrlə hiss etdirdiyi atasını bu yaxınlarda itirən Günseli xanım olduqca məyus görünürdü. Hətta söhbətimizin gedişində davamlı hərəkətli iş qrafikinin mənasını belə sual etməyə başladığını dedi. Amma iş tempi və həsr olunma həyəcanı ilə müsahibəmiz vaxtında bu faktorun təsirini azalda bildi.

Müsahibim söhbətə 4 bacı - Marketinq Türkiyə, Marketinq Anadolu, Marketinq Maqazin və IP-dən sonra çıxardıqları yeni jurnalları "YAPILDI." ilə başladı. Dünyadakı nümunəsi Archive adında bir jurnaldan ilham alan YAPILDI. əslində bir tanışının fikri olsa da, həyata keçirən və marketinq cameəsinə bəxş edən onlar olub.

YAPILDI.

"YAPILDI." - Ağlınıza bir ideya gəlir, amma elə jenerik bir kreativdir ki, "bunu daha öncə edən oldu" deməli olursunuz. Bu da olur - " YAPILDI.". Bu jurnalda məqsədimiz belə məxsusi kreativliklərə layiqli dəyəri verməkdir. Ayda 1 çıxacaq. Seçilmiş işləri də xüsusi bir komissiya seçəcək. "Seçilmişlərin seçilmişləri". "Bunu niyə mən düşünmədim?" dediyiniz işlər. Bu sayımızdakıların hamısı mükafat qazanmış işlərdir.

THE CUP macərası

Bu il qürur duyacağımız bir tədbir alınır. Şübhəsiz ki, CUPda məqsədimiz reklamda kreativliyi qüdsiləşdirmək və mükafatlandırmaqdır. Amma onun fövqündə 

amalımız var ki, İstanbulu yaradıcılığın və kreativlik sənayesinin mərkəzinə çevirmək istəyirik. Ötən il də bu mövzuda mesajlar verilmişdi. Bu tədbiri şəxsən mənim üçün dəyərli edən məqamdır. İstanbul üçün bu səylərimiz gördüyümüz işin dəyərini artırır. Reklam sənayesindən olmayan - From The Other Side başlığı altında səhnə verdiyimiz natiqlərimizin çıxışları bu məramın bir təzahürüdür. Birinci the CUP-da Sir John Hegarty-ni dəvət etmişdik. Sonrakılardan CERN-dən fizik John Ellis, Slavoj Zizek, Ed de Bono, memar Boris Pedrocca-nı da yada salmaq olar. Boris Pedrocca-nı dinləmək bizim memarlarımız və bələdiyə başqanlarımız üçün də olduqca faydalıdır. Çünkü, boşluğu sənətə çevirən insan adını qazana bilmişdir.

Bu il də dəyərli natiqlərimiz var. Təbii ki, şərəf qonağımız olan Sloveniyanın keçmiş prezidenti Danilo Türk məxsusi qeyd edilməlidir. Dünyanın ən kreativ agentliklərindən birinin (DDB - red.) kreativ direktoru Amir Kassaei 

qonağımızdır. Yaradıcılığın ulduzlarından birinin düşüncə tərzini görmək təbii ki, dəyərlidir. Michael Conrad - dünyanın kreativ sənayesində lokomotiv qurumlardan olan Berlin Kreativ Liderlik Məktəbinin qurucusu və rəhbəri, Belqrad Filarmonik Orkestrinin dirijoru Ivan Tasovac və italyan Milka Polyani.

Bunlardan əlavə sektorun 20 dəyərli yaradıcı beyni də bizə öz işlərindən nümunələri və işə yanaşmalarını təqdim edəcək. Keçən il səhnəyə çıxan insanların heç biri bu il yenidən dəvət edilməyib.

C-Level Club

Burdakı C sizi yanıltmasın. "Chief" yox "Communication"u təmsil edir. Təbii ki, yenə ənənəvi "C level" təmsil olunur bu klubda. Amma kommunikasiya sahəsinin şefləri olmaqla. C-Level Club üçüb tədbirdə məxsusi 40-45 dəqiqəlik qapalı tədbir təşkil edirik. Burada festivalın ən çox bəyənilən işləri münsiflərlə bərabər müzakirə olunacaq. Əvvəlcə 80 nəfərlik bir iştirakçı kütləsi gözləsək də, tələb böyükdür və deyəsən 100 nəfər olacaq. Bu addımımızın lazımi diqqəti çəkdiyini deyə bilərik. Məqsədimiz işləri ilə nəzərə çarpan bir seçilmişlər qrupunu formalaşdırmaqdır. Türkiyədə də buna layiq elə 100 qədər sima ancaq tapmaq mümkündü demək olar ki.

Günseli xanımın son cümləsi çox maraqlı gəldi. Heyranlıqla izlədiyimiz Türkiyə kreativlik sənayesi ilə bağlı maraqlı rəydir. Düzdür biz özümüzdə diqqətəlayiq 100 nəfərin adını çəkməyə çətinlik çəkirik. Amma Türkiyə kimi bir böyük bazar üçün bu rəqəm çox azdır elə bil.

Golden Stage

Bu festival festivalların ən bəyənilən işlərinin yarışdığı bir platformdur. Golden Stage-də isə sadəcə qızıl mükafata layiq görülən kreativləri kreativ direktorlar bizə təqdim edəcək. Hər birinə 15 dəqiqə vaxt veriləcək və bizə bu müddətdə (1) brifi, (2) problemi, (3) kreativ fikrin yaranmasını, (4) strategiyanın müəyyənləşməsini və (5) necə yerinə yetirildiyini və nəticələri anlatacaq.

200 nəfər sponorlarımızın qonaqlarından əlavə 300-dən çox iştirakçı gələcəyini təsdiqlədi. Halbuki biz 400 nəfərlik bir tədbir planlayırdıq.

500 nəfər arasında biz və bizim çağırışımızla İstanbula səfər edən başqa həmvətənlərimiz də olacaq.

Dövlətin dəstəyi

Günseli xanım və təşkilatı artıq bir neçə ildir ki, dövlətin dəstəyini qazanıb. Bu sadəcə özünü dövlət qurumlarının loqolarının müəyyən tədbirlərdə görünməsi ilə göstərmir. Dövlətin marketinqlə bağlı planlarında şəxsi və təşkilatının hər zaman ilk sırada adı hallanır. Buna necə nail olduğunu soruşduq.

Dövlətin və dövlət xadimlərinin dəstəyini almaq keçmişinizin yaxşı işlərlər zəngin olması və xarakter olaraq sizə əmanət edilən loqoların haqqını verə biləcəyini göstərməyinizdən keçir. Məsələn, bu layihədəki vəzifə mənə özü gəlib çıxdı. "Golden Drum"ın 13 ildir Türkiyə üzrə təmsilçisiyəm (ambassador). Bu tədbirin keçirilməsinə hörmətli Abdullah Gül ilə hörmətli Danilo Türk Türkiyə-Sloveniya oyunu vaxtında qərar veriblər. Sloveniyaya getdiyimdə cənab Türk bu vəzifədən bəhs etdi. O vaxtı biraz tərəddüd etdim və öhdəmə götürmədim. Sonradan eyni tələb bizim prezidentlik tərəfindən də təkrar olunduqdan sonra çalışmağa başladıq. Bu bizim düşünüb ortaya qoyduğumuz layihə deyil. Bu anlarda ağla gələn ilk şəxs olmağım deyəsən bizim məqsədimizə çatdığımızın göstəricisidir.

Danilo Türk və THE CUP

Tədbirimizi həm Danilo Türk, həm də Abdullah Gül himayə edir. Əslində Abdullah Gül öz dəstəyini 3üncü ildir verir, amma ötən il Prezidentliyin loqosunu tədbirdə dəstəkçilər arasına əlavə etdik. Danilo Türk isə prezidentliyi müddətində iştirak edə bilmədi. Amma sağ olsun bu il, dəvətimizi qəbul etdi. "Beynəlxalq münasibətlərdə etika" mövzusunda çıxış edəcək. Bu mövzunun diqqətəlayiq olduğunu düşünürəm. Çünkü Sloveniya Makedoniyanın (köhnə Yuqoslaviya) İsveçrəsidir. 2 milyon əhalisi ilə hər zaman intellektual dəyərləri ilə önə çıxıblar. Avropanın hər yerinə intellektual mərkəzlərdə özlərinə yer tuta biliblər. Maraqlıdır. Eyni zamanda beynəlxalq münasibətlər sahəsində də uğurludurlar. Ona görə də, bizim onlarla ünsiyətə lazımi dəyəri verməli olduğumuzu düşünürəm. Onsuz da beynəlxalq arenada heç bir dövlət tək qalmağa razı olmamalıdır. Danilo Türk isə onsuz da Türkiyəni özünə yaxın sayır və bu yaxınlaşmanın təşəbbüskarlarından biridir. Biz də bir növ onun səylərinə dəstək oluruq. Açığı onun gəlişi ilə bağlı müəyyən reaksiyalar olsa da, yetərli deyil. Düzü, ötən il biz Jijeki buraya gətirəndə onun gəlişinin dəyəri də lazımınca anlaşılmamışdı. Bu addımı dəyərləndirənlər qədər, heç fərqində olmayanlar da var idi.

Musiqi

Bir neçə ay öncə Gülşen "Seyre Dursun Aşk" mahnısı ilə reytinqlərə daxil oldu. Olduqca xoş bir pop mahnısıdır. Dinləyənlərin zövq aldığı hiss olunur. Amma ötən ilki THE CUP-da salonda olanlar üçün bu mahnını mənası ayrı idi. Çünkü melodiya məhz THE CUP üçün bəstələnmişdi.

Ötən il Ozan Çolakoğlu və Gülşenin bizimçün hazırladığı melodiya sonradan reytinqlərdə yer aldı. Bu çox gözəl bir hissdir. Onsuz da melodiya çox gözəl idi və biz də həm pop, həm alaturka versiyadan yararlanmışdıq. Bu il də o mahnı sərəncamımızdadır. Amma Belqrad Simfonik Orkestrinin rəhbərinin bizimçün nələrsə hazırlaması da gündəmdədir. Ümumən "Seyre dursun aşk" mahnsından mütləq yararlanacağıq.

Marketinq

Gülşenin mahnsının sonrakı sıçrayışı maraqlı marketinq nümunəsi oldu. Günseli xanım və qurumlarının fəaliyətində belə ilginc marketinq nümunələri az olmayıb.

Beşiktaş azarkeşlərinin məşhur Çarşı qrupu "İçimizdəki boşluğu dolduraq" şüarımızı ötən il "İçimizdəki boşluğu Beşiktaş ilə dolduraq" şəklində istifadə edib bizə dəstəyini ifadə etmişdi. Əslində bunun kimi nümunələr bizim bildiyimiz işi - marketinqi yerinə yetirərək müəyyən uğurları qazandığımıza da sübutdur.

Günseli Özen Ocakoğlu markası

Marketinqdən danışan, yazan, bu işin içində olan hər kəs əslində özü bir marka yaradır və onu idarə edir. Günseli Özen Ocakoğlu hərhansı bir şirkətin marketinq fəaliyətini yürütməsə də, Türkiyədə marketinq cameəsində tanınan və hörmət edilən bir şəxsdir. Özü də öz markasının marka müdürüdür. O isə öz markasının nəşrlərinin markasından ayırmaq istəmir.

5 jurnalımız var. Hər birinin öz manifesti var. Eyni zamanda Rota Yayımın öz manifesti var. Bu manifestlərin yazılmasında iştirak etdim. Bu manifestlər nə istədiyimizdən çox, nələri istəmədiklərimizi əhatə edir. Bunları formalaşdırarkən Günseli Özen Ocakoğlunun da nələri istəmədiyi də təbii ki, öz təsirini göstərdi. Faktdır ki, insanlar öz qurduqları ilə anılırlar. Digər tərəfdən də Günseli Özen Ocakoğlu öz jurnallarından da əlavə fəaliyyət göstərən biridir. Zaman qəzetində köşə yazarlığı edirəm, müxtəlif tədbirlərdə çıxışlar vs. Fərd olaraq Günseli Özen Ocakoğlu öz əsərlərini ağırlığı altında saxlamamalıdır. Çünkü Marketinq Türkiyə özü bir markadır. Fəaliyətimizin məqsədi markalarımızı sağlam şəkildə daşımaqdır.

Beləliklə, özümüzün və nəşrlərimizin mövqeləndirmələri manifestlərimizin çərçivəsində öz əksini tapır. Manifestlərimizdə nələr var? Hər şeydən əvvəl şərəfli, müstəqil və hər kəslə eyni distansiyanı saxlaya bilmək var. Bizim nəşrlərimizdə şəxslər yox, onların işləri öyülməlidir. Çünkü, şəxs olaraq kimisə sadəcə bir dəfə önə çəkmək olar. Amma işləri ilə danışdıqda bunu hər dəfə edə bilərsiniz. Missiyamız marketinq və kommunikasiya sektorunu böyütmək və iştirakçıların bazar dəyərlərini yüksəltməkdir. Məsələn, biz neytral bir mətbu orqan deyilik. Bizim öz mövqemiz var. Amma biz mövqemizi nüfuz etdirməyə çalışmırıq. Fikrimizi əsaslandırmaq üçün isə, subyektiv fikirlərə istinad etməyi boş və mənasız sayırıq. Ona görə də, hər dəfə müxtəlif araşdırmalara yer veririk. Bu bizə subyektiv və qərəzli davranmağımızla bağlı iradların gəlməməsini təmin edir.

Facebook və Twitter işlətməməsi

Mən jurnallarımızla "bəslənirəm". Şəxsi səhifələrimlə bu uğura kölgə salacaq bir şey etməyi doğru görmürəm. Bu baxımdan, facebook və twitter şəxsi paylaşımlar edən məsləkdaşlarıma yaxşı baxmıram. Təbii ki, bu şəxsi fikrimdir. Onsuz da jurnalımdan əlavə paylaşası nəyimsə yoxdur. Məsələn, Marketinq Türkiyəninin twitter-də 45 min civarında izləyicisi var. Heç biri də "yumurta qafalı" deyil (gülür).

Yaradıcılıq

Söhbətimizin axırında, yaradıcılığa da bir başlıq ayıraq dedim. Elə alındı ki, söz yenə də dönüb-dolaşıb "YAPILDI."ya gəldi. Yaradıcılıq dünyada insanların sahib olmağı arzuladığı bir xüsusiyətdir. Bu xüsusiyəti ın gözəl paketləyən və öz işinə inteqrasiya edən sahələrin önündə reklamçılıq gəlir desək yəqin ki, etiraz edən olmaz. Günseli xanım bu fikri tamamlamaq üçün yeni nəşrlərinin giriş yazısını göstərdi:

Reklam evrensel bir dil

Reklam akıl ürünü

Nazım; kısa, öz ve doğrudan...

Zeki esprilidir

Yani emek ve birikim...

Kültürel farklar bir yana, dünyanın neresinde kim tarafından hazırlanırsa hazırlansın tercüme edilmesi gerekmiyor. Reklamın alıcısı da, hazırlayıcısı da bir diğerini hemen anlıyor...

...

YAPILDI. için çok düşündük, çok çalıştık

YAPILDI. yapılmalıydı çünkü çok düşünülen, çok çalışılan bir sürecin birikimlerini yansıtacaktı

Ve elbette kolay olmayan her şey gibi bu da Marketing Türkiye`nin göreviydi.

Yapılmalıydı," YAPILDI."

Nokta.

 

Vüsal Qəmbərov

 

P.S. Beləliklə, yapılmalı olan bu müsahibə də YAPILDI.

Baxılıb: 3103

Şərhlər(1)

Şərhlər (1)

mak mak
Gunseli xanıma bu çətin vaxtlarında səbr diləyirəm, Vüsal müsahibə üçün təşəkkürlər.