Sosial şəbəkələrdə yayımla

Oracle 30 yaşında

Oracle korporasiyası (NASDAQ: ORCL) xəbər verir ki, şirkətin prezidenti Çarls Fllipsin Rusiyaya etdiyi ilk səfəri çərçivəsində korporasiya və onun məhsullarının 30 il ərzində inkişafı haqqında məlumat verib, həmçinin Oracle şirkətinin qlobal strategiyasını təqdim etdi. Moskva və Sankt Peterburqa dördgünlük səfəri çərçivəsində əsas müştərilər və tərəfdaşlarla görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley ili şirkətin demək olar bütün sektorlardakı uğurları ilə qeyd edilmişdir. 2007-ci maliyyə ili nəticəlirinə görə, illik gəlir 18 milyard ABŞ dollara çatmışdır, əməliyyat gəliri isə 1,2 milyard ABŞ dolları artaraq 6 milyard dollar təşkil etmşdir. Müstəqil mütəxəssislərin hesabatları təsdiq edir ki, bu günlərdə Oracle dünyada – verilənlər bazası və Linux platformasında verilənlər bazası; təchizatın idarə edilməsi üçün həllər; CRM-proqramla; heyətin idarə edilməsi üzrə həllər; biznes səmərəliliyin idarə edilməsi üzrə həllər; həmçinin telekommunikasiya, maliyyə və hökumət sektorlarında, pərakəndə satış sektorunda, professional xidmətlər və s. – birinci yerdədir. Öz uğuru ilə Oracle dünyada 275 000 müştərilə bölüşür, o cümlədən biznes proqramlarını istifadə edən 30 000 müəssisə, həmçinin 19 000 tərəfdaş (onların yarı hissəsi proqram təminatı hazırlayanlardı), və dünyanın 145 ölkəsində çalışan 68 000 əməkdaş.

Bu günlərdə korporasiya əsas sahələr üç zəruri hissələri daxil edən təklifə malikdir: tamfunksiyalı ERP-sistemləri, transaksiyalı şaquli komplekslər və analitik alətlər. 2008-ci maliyyə ilində Oracle müəssisələrin daim artan İT tələbatlarını ödəmək üçün müştərilərə ən yeni və tam həllər kompleksini təqdim etmək məqsədilə strategiyanı həyata keçirməkdə davam edir.

Oracle şirkəti Rusiya və MDB ölkələri ərazisində olan satışlar həcmini və tərəfdaş şəbəkəsini artırmağa, həmçinin əsas sahələr üzrə məhsulların təqdim edilməsinin artırılması hesabına bütün bazarlarda mövqelərini gücləndirməyi düşünür. Rusiyada biznesinin genişləndirilməsini dəstəkləmək və MDB-də inkişaf edən bazarları öyrənmək məqsədilə şirkət ofislərin sayını artırmağa planlaşdırır.

 

Baxılıb: 4719

Şərhlər