Sosial şəbəkələrdə yayımla

ORACLE ŞIRKƏTI “ORACLE® BUSINESS INTELLIGENCE STANDARD EDITION ONE”-NIN BURAXILMASI HAQQINDA MƏLUMAT VERİR

Oracle Fusion Middleware ailəsinin komponenti olan, “Oracle Business Intelligence SE One” vahid və qurraşdırılma üçün asan olan paket çərçivəsində kiçik və orta təşkilatlara lazım olan biznes-analizi üzrə bütün əsas vasitələri özündə birləşdirir. Bura intearktiv informasiya panelləri, hesabatların hazırlanması və dəyişdirilməsi üçün vasitələr, reqlamentləşdirilməyən sorğular və təhlil alətləri, həmçinin verilənlərin çıxarılması, dəyişdirilməsi və yüklənilməsi texnologiyaları (extract, transform and load, ETL) və dünyada lider olan VBİS daxildir. Bir serverdə fəaliyyət göstərən “Oracle Business Intelligence SE One” 5-dən 50-dək istifadəçinin fəaliyyətini dəstəkləyir və hər bir istifadəçi üçün 1000 ABŞ dollara təklif edilir.

Oracle Business Intelligence bölməsinin vitse-prezidenti Pol Rodvik (Paul Rodwick) qeyd edir ki, “Oracle Business Intelligence SE One biznes-təhlil və verilənlər arxivinin təşkili üçün vahid tamfunksional sistemdir. Onun hər bir elementi öz növündə ən yaxşılarından olan texnologiyalar əsasında yaradılıb və cəlbedici qiymətlərə təklif edir. Bu proqram təminatı kiçik və orta təşkilatlara biznes-analiz sahəsində, onların cari tələblərini ödəyəcək, zəruri infrastrukturu təqdim edir. Eyni zamanda, tələbat artdıqca, o asan genişlənə bilir”.

IDC Business Analytics Research bölməsinin vitse-prezidenti Den Vessetin (Dan Vesset) sözlərinə görə, “Biznes-analiz sadəcə iri müəssisələr üçün nəzərdə tutulmayıb. Son illərdə sahənin və biznesin miqyasından asılı olmayaraq, biznes-analiz müxtəlif sahələrdə və təşkilatlarda daha fəal istifadə edilməyə başlayıb. Kiçik və orta təşkilatlar biznes-analiz texnologiyalarını bu məqsədlərlə tətbiq edirlər: müştərilərə daha səmərəli şəkildə məhsulları və xidmətləri təqdim etmək, maliyyə göstəricilərini yaxşılaşdırmaq, təchizat yollarını optimallaşdırmaq və biznesin genişlənməsi üçün yeni imkanlar tapmaq. Oracle Business Intelligence SE One məhsul və alətlərin tam dəstini münasib qiymətlərlə təklif edir”.

Əlavə məlumat almaq üçün MDB ölkələrində ictimai əlaqələr üzrə menecer
Marina Savinovaya müraciət edin
495-641-1400, Marina.Savinova@oracle.com

Baxılıb: 5717

Şərhlər