Sosial şəbəkələrdə yayımla

ORACLE NETSURE TELECOM LİMİTED ŞİRKƏTİNİ ALIR

Oracle şirkəti telekommunikasiya şəbəkələrinin fəaliyyətinə nəzarət və təhlili, eləcə də şəbəkə komponentlərinin fəaliyyəti haqqında məlumatların tamlığını təmin etmək üçün proqram təminatının aparıcı satıcısı olan Netsure Telecom Limited şirkətinin alınması haqqında razılıq əldə olunduğunu elan etdi. Netsure  şikəti kommunikasiya xidmətləri satıcılarına şəbəkələrin tədqiqi və təhlilində mövcud və yeni şəbəkə və servislərin səmərəli istismarı üçün böyük əhəmiyyətə malik proqram təminatı təklif edir. Netsure şirkətinin proqram təminatı Vodafone, Cable & Wireless və Eircom kimi iri kommunikasiya şəbəkəsi operatorları tərəfindən müvəffəqiyyətlə istifadə olunur.
Oracle şirkətinin böyük vitse-prezidenti və Oracle Communications Global Business Unit bölməsinin baş meneceri Bhaskar Qorti (Bhaskar Gorti) qeyd etmişdir ki: «Netsure məhsullarının Oracle-ın kommunikasiya sahəsi üçün proqramlarının geniş kompleksinə daxil edilməsi Oracle şirkətinin müştərilərinə şəbəkədən istifadənin səmərəliliyini artırmaq, ötürmə qabiliyyətinin planlaşdırılması optimallaşdırılması və maliyyə modelləşdirilməsi, eləcə də şəbəkələrin bütün fəaliyyət dövrünün idarə olunmasını səmərələşdirmək imkanı qazandıracaq. Netsure məhsullarını özünün müəssisənin ehtiyatlarının, məhsul göndərişi zəncirlərinin, avadanlıqların inventarlaşdırılmasının və şəbəkələrin fəaliyyətinin təhlilinin idarə olunması üçün nəzərdə tutulmuş həlləri ilə birləşdirməklə Oracle kommunkasiya xidmətləri satıcılarına şəbəkə infrastrukturuna investisiyaların özünü doğrultması imkanı qazandırmağı, həmçinin yeni nəsil İP-servisləri daha da səmərəliləşdirərək müştərilərə təklif etməyi planlaşdırır».
«Oracle kommunikasiya şirkətlərinə bu sahənin ən keyfiyyətli, tam, proqramların standartlarına əsaslanan və inteqrə olunmuş proqramlarını təqdim etmək səylərini nümayiş etdirir, - Netsure şirkətinin baş icraçı direktoru Barri Merfi (Barry Murphy) bildirdi. – Kommunikasiya sahəsi üçün Netsure proqramlarının və Oracle-ın qabaqcıl həllərinin vəhdəti bütün dünyada kommunikasiya xidmətləri satıcılarına böyük fayda və rəqabətdə üstünlüklər qazandıra bilər».
Netsure şirkəti (Dublin, İrlandiya) bütün dünyada kommunikasiya xidmətləri satıcılarına çox üstün proqram məhsulları təklif edən Oracle Communications Global Business Unit bölməsinin strukturuna daxil ediləcək. Alış proseduru bu növdən olan müqavilələrin bağlanması üçün nəzərdə tutulan şərtlərın icrasını tələb edir və onun 2007-ci ilin sentyabr ayanda başa çatması gözlənilir. Müqavilənin  maliyyə tərəfləri açıqlanmır. Əlavə məlumatı http://www.oracle.com/netsure/index.html Web–səhifəsində əldə etmək olar.

Baxılıb: 5178

Şərhlər