Sosial şəbəkələrdə yayımla

Panasonic Reklam Turnesinə çıxıb

Panasonic "High Definition"  kateqoriyalı məhsullarının üstünlüklərini əyani şəkildə istehlakçılara çatdırmaq məqsədi ilə Reklam Turnesinə başladı.
"Living in High Definition" turnesinin ilk hissəsi ABŞ-da həyata keçiriləcək və 2008-ci ilin yanvar ayına kimi davam edəcək.
İdeya çox sadədir, istehlakçılara bütün məhsulları canlı olaraq göstərmək, istifadə və yoxlamaları üçün imkan yaratmaq və necə işlədikləri göstərmək -bütün bu imkanlar Panasonic məhsullarını bütün məhsul xəttini daşıyan treylerdə sərgilənəcək.
"Bizim məqsədimiz istehlakçılara High Definition məhsullarının istifadəsi zamanı göstərilən üstünlüklərini çatdırmaqdır" deyə şirkətin marketinq üzrə vitse prezidenti BOB Qrinberq qeyd edib.

Baxılıb: 4893

Şərhlər