Sosial şəbəkələrdə yayımla

Panasonic yeni "zirehli" noutbuklar istehsal edəcək

Panasonic şirkəti Toughbook brendi altında istehsal olunan "zirehli" noutbuklar seriyasının yeniləşdirilməsini planlaşdırır. Yeni-yeddinci seriyanın noutbukları əvvəlkilərindən kompüterlərin bayır səthinin daha etibarlı müdafiəsi ilə fərqlənəcək. İstehsalçıların sözlərinə görə, yeni Toughbook-lar işlək vəziyyətdə 76 sm hündürlükdən düşəndən sonra da öz fəaliyyətinə davam edir. Əvvəlki modellər isə söndürülmüş vəziyyətdə 30 sm hündürlüyə davam gətirirdi. Toughbook zərbəyə davamlılıqdan başqa suyun təsirinə də davam gətirə bilir. Belə ki, noutbukun klaviaturasına çəkinmədən bir stəkan su (200 millilitrədək maye) tökmək olar. Ən yeni İntel Santa Rosa platforması bazasında hazırlanan Toughbook-un dörd yeni modeli bir qiqabayt operativ yaddaşla və 80 qiqabayt həcmli sərt disklə təchiz olunacaq. 2007-ci ilin oktyabr ayından satışa buraxılmış noutbukların qiymətinin 1800 ABŞ dolları olması gözlənilir.

Baxılıb: 4726

Şərhlər