Sosial şəbəkələrdə yayımla

«Parfume de France» fəaliyyətini bərpa edəcək

İ.Əliyevanın sözlərinə görə, mağazaların fəaliyyətinin dayandırılması müvəqqəti xarakter daşıyır və bu, şəbəkənin mühasibatlıq sistemi və proqram təminatında aparılan modernləşdirmə işləri və daxili yoxlamalarla bağlıdır: «Vergilər Nazirliyi tərəfindən bizim mağazalarda yoxlamaların aparılması barədə yayılan şaiyələr yanlışdır. Biz sadəcə iki həftə ərzində Bakıda fəaliyyətə göstərən bütün mağazalarımızda daxili yoxlamalar aparıb, mühasibatlıq proqramında dəyişiklik edirik. Bunun məqsədi alış-satış sisteminin təkmilləşdirilməsidir».
İ.Əliyeva bildirib ki, aparılan tədbirlərlə bağlı bu həftənin sonunda mətbuat konfransının keçirilməsi planlaşdırılır. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, bu ilin sonu-gələn ilin əvvəlində «Parfume de France»ın Azərbaycanın bölgələrində də mağazalarının açılması nəzərdə tutulub.
Qeyd edək ki, «Parfume de France» şəbəkəsinin Bakıdakı 9 mağazadan ibarətdir.  /APA-Economics/

Baxılıb: 5320

Şərhlər