Sosial şəbəkələrdə yayımla

Paşa çay mobil marketinq kampaniyası keçirir - Brliyant Festivalı

Dünyanın aparıcı çay mütəxəssislərinin ən ali mükafat olan Qran Priyə layiq gördüyü Pasha Çay istehlakçılarını brilyant üzüklə mükafatlandıracaq.    
Bu imkan isə sentyabr ayının 24-dən etibarən start götürən Pasha Çaydan Brliyant Festivalı stimullaşdırıcı lotereya sayəsində yaradılacaq. Belə ki, alınan hər bir Pasha çay məhz bu tarixdən etibarən brilyant üzük qazanılmasına səbəb ola bilər. Lotereyanın şərtlərinə gəlincə 100, 250, 500 və 1000 qramlıq Pasha Golden Tea çaylarını alan hər bir şəxs qutuların qulaqcığındakı 8 rəqəmli şifrəni qısa mesaj vasitəsilə yalnız Azercell və ya SimSim nömrələrindən 9440-a göndərmək və ya www.pasha.az saytında qeydiyyatdan keçməklə  lotoreyanın iştirakçısına çevrilə bilər. Pasha çay qutularının çəkisinə müvafiq olaraq lotereyada iştirak etmək imkanları da dəyişir. 100 qramlıq qutulardan çıxan şifrəni 9440 nömrəsinə göndərən və ya www.pasha.az saytında qeydiyyatdan keçən  lotereya iştirakçısının mobil nömrəsi tirajda 1 dəfə, 250 qramlıq qutular 3 dəfə, 500 qramlıq qutular 6 dəfə, 1000 qramlıq qutular göndərmiş  iştirakçının mobil nömrəsi 12 dəfə təkrarlanmaqla daha artıq uduş şansı əldə edir. Lotereya Azərbaycanın bütün bölgələrini əhatə edir. 
Festival sentyabr ayının 24-dən noyabr ayının 24-ə qədər davam edəcəkdir. Bu müddət ərzində 45 ədəd brilyant üzük oynanılacaqdır. Qalib həftə içi hər gün 20:15-də Space telekanalında canlı yayımda seçiləcək və növbəti gün efirdə hədiyyəsini alacaqdır. Hədiyyəni yalnız boş qutunu və şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə almaq olar. Artıq iki nəfər hədiyyəsini almaqla festivalın iştirakçısına çevrilmişdir.
Xatırladaq ki, Pasha çayı ilk dəfə daxili bazara 2000-ci ildə təqdim edilmişdir. 2005-ci ildə çay Rusiyada keçirilən ənənəvi ümumdünya çay və qəhvə festivalında qızıl medala, 2007-ci ildə isə Qran Priyə layiq görülmüşdür.

Baxılıb: 5623

Şərhlər