Sosial şəbəkələrdə yayımla

Pizza Hut, pizza sifariş edən krassovka istehsal edib

Bu qeyri-adi krassovka cəmisi 64 cüt istehsal olunub və March Madness basketbol turnirində təqdim olunacaq. 
 
 
Pizza Hut restoranlar şəbəkəsi bu turnirin sponsorudur. Şirkət həm idmançılara dəstək olur və eyni zamanda müştərilərə bildirir ki, onlayn sifariş etmək yaxınlıqda kafe axtarmaqdan daha asandır. 
Ağıllı krassovkanın sahibi, Pie Tops proqramında qeydiyyatdan keçməli, daha sonra sifariş üçün krassovkada yer alan düyməyə basmalıdır. Bluetooth texnologiya sayəsində sifariş restorana bildiriləcək və pizza hazırlanaraq çatdırılacaq.
 
 

Baxılıb: 614

Şərhlər