Sosial şəbəkələrdə yayımla

Polis ola biləcək qədər məsuliyyətlimisiniz?

Auckland-ın mərkəzində, qarşı yola keçmək üçün yaşıl işığın yanmağını gözləyərkən yanınızda dayanan uşağın zibillikdə yemək axtardığını gördünüz. Əlinizdəki zibili onun yemək axtardığı zibil qutusuna atarsınız yoxsa həyatınızdan iki dəqiqə ayırıb uşağa kömək etmək üçün bir yol axtararsınız?
Əgər seçiminiz birincidirsə siz də çoxluğun bir parçasısınız. Yox əgər ikincini seçirsinizsə Yeni Zelandiya Polis Departamentinin iş elanlarına bir göz atın, çünki onların sizin kimi həssas, məsuliyyətli insanlara ehtiyacı var. 
Öz heyətini genişləndirmək istəyən Yeni Zelandiya Polis Departamentinin işə alma elanı üçün hazırladığı video, sosial bir təcrübə anlamı daşıyır. 35 dəqiqə davam edən çəkiliş zamanı təxminən 500 insanın radarına düşən uşaq, departamentin verdiyi məlumata görə, yalnızca 10 adamın diqqətini çəkə bilib. Bəlkə də cəmiyyətin həssas polislərdən öncə həssas insanlara ehtiyacı var. 
 

 

Baxılıb: 2994

Şərhlər