Sosial şəbəkələrdə yayımla

“Prime time” yoxsa “My time” ?

Prime time zamanı reklam yerləşdirmək çox bahalıdır? Yoxsa media planınız heç bir effekt vermir? Məncə artıq bunu duşünmək zamanı geridə qalıb, artıq media plan qurarkən ən bahalı praym taymlara pul xərcləmək yox, hədəf kütlənizin öz taymına pul xərcləmək zamanıdır.



Klassik media plana baxsaq TV kanal və proqramların reytinglərinə görə OTS (opportunity to see), Reach və GRP (Gross Rating Point) hesablanir və reklam yerləşdirilir. Ən bahalı media plan isə praym taym zamanaı yerləşdirilən dəqiqələrdir. Son illərin trendləri göstərir ki, artıq TV-də klassik media plan öz qüvvəsini itirməkdədir. İndi hər bir istehlakçının öz şəxsi praym taymı olur və işin çətin tərəfi həmin hədəf kütlələrinə öz reklam mesajınızı çatdırmaqdır.

Hamı son bir neçə ildə yerli kanalların baxımlı olmamasından şikayətlənir, bundan əvvəlki yazılarımda da yerli medianın dərdinin böyük olduğunu qeyd etmişdim. İndi isə artıq yerli medianın düzəlməsini gözləyib vaxt itirməkdənsə, özümüz öz dərdimizə bir çarə axtarmaqdan danışmaq istərdim. Artıq praym taymlar yox, hədəf kütlənizin “may taymları” gündəmdədi. Şəxsən mən son bir neçə ayda yerli kanallara 5 dəqiqədən çox baxmamışam və orada verilən reklamların heç birindən də xəbərim yoxdur. O gün bir müştəri yeni reklam rolikinin efirdə olduğunu söylədi, mən şoka düşdüm ki, niyə o reklamı heç olmazsa bir dəfə ötəri də olsa mən görməmişəm və həmin məhsul üçün hədəf kütləsi sayıla bilərəmsə niyə  mənə qədər gəlib çatmayıb. Səbəb? Çünki mənim öz media vaxtlarım var, bundan isə media planerlərin xəbəri yoxdur. (qeyd: Mən deyəndə tək özümü nəzərdə tutmuram, mənim kimi həyat tərzi olan insanları nəzərdə tuturam.) Ola da bilməz, çünki hədəf kütləsinin nə zaman harda olduğundan xəbər yoxdur. Xəbəri isə sadəcə reytinglərlə yox, araşdırmaqla ala bilərlər. Siz axırıncı dəfə nə zaman yerli kanala bir saatdan çox baxmısınız? Və ya hansı yerli jurnalı oxumusunuz? Mənim cavabım, heç birini.

Bu zaman deyəcəksiniz ki seqment problemi var, bəzi seqmentlər var ki klassik media planla onlara mesajı çatdırmaq olar. Razıyam, bəs o seqmentlər ki TV-də yoxdurlar, yerli qəzet və ya jurnalda yoxdurlar, yerli radioda yoxdurlar onları necə edək? İnternet? Iki gün əvvəl maraqlı bir yazı oxudum “kağız qəzet, jurnal və ya kitabların sonu gəlibmi?”. Xeyr gəlməyib, çünki hələ də qəzet kağızının iyinə bağlı insanlar, hər səhər işə gedən zaman kağız şəklində qəzet oxumaq istəyənlər var, hələ də qlamur jurnalları vərəqləyərkən həmin yağlı və parıltılı jurnalları hiss etmək istəyənlər var. Ona görə deyə bilmərik ki artıq hər şey internet həll edir. Hansısa seqmenti internetdə tapırsınız, hansınısa kağız jurnalda, hansınısa radioda, hansınısa TV-də, hansını isə outdorda və  ya direkt marketingdə...

Qısaca demək istədiyim artıq kütləvi media planlar qurmayın, hər istehlakçı kateqoriyanız və seqmentiniz üçün ayrı media plan hazırlayın. Bunun üçün isə hədəf kütlənizin nə zaman harada və necə yaşadığını, hansı mediadan hansı halda istifadə etdiyini öyrənin. İndi kütləvi media zamanı deyil, indi şəxsi media zamanıdır! Çünki video rekorderlərlə insanlar TV verlişlərini yazırlar və reklamı görmədən onu izləyirlər, kabel və sputnik vasitəsilə sizin əliniz çata bilməyən kanallara baxırlar, və ya reklam başlayan zaman özləri üçün fasilə edib başqa işlərlə məşğul olurlar. Sizi qorxutmaq istəmirəm, amma getdikcə insanlar qəbul etdikləri məlumatları şüuraltında “block” və ya “ignore” edirlər. Əvvəllər insanlar gün ərzində daha az məlumatla yükləndikləri üçün reklamların və komunikasiyanın effekti çox yüksək olurdu, dərhal yadda qalırdı. Amma indi, beynimiz o qədər yüklənir ki, yeni məlumatların bizə sərf etməyənini filterləyib atırıq, əgər sərf edirsə yadda saxlayırıq. Buna görə də marketinq komunikasiyası qurduğunuz zaman, ona hədəf kütlənizin necə reaksiya verəcəyini, ona srəf edəcəyini və onun “yaddaş kartına” yüklənəcəyini düşünün. Və ən əsası, kütləvi mediadan yalnış istifadə edib illik marketinq büdcənizə zərər vurmayın. Düzgün araşdırma edib media plan qurun.
 

Baxılıb: 3300

Şərhlər(2)

Şərhlər (2)

M.R.researcher M.R.researcher
Firdovsi, fikirlerinizle raziyam. Eger insanlar enenevi mediadan qacirsa PR-in rolu ve qeyri enenevi medianin rolu artir. Direkt marketing, product placement, guerrila marketingden daha cox istifade etmek lazimdir. Enenevi mediadan ise prime time zamani yox onlarin oz taymlari zamai yerleshdirmek lazimdir. Artiq kutlevilsehmek zamani kecib.
firdovsi firdovsi
Marketologlari bezen shaxmatcilara benzedirem.Shaxmat oyunuda bir nogteye foxlandiqmizda bezen butun lovheni yaddan cixaririq bezen ozumun de xeberim olmadan ya radioda ya da TV de yalniz reklamlara baxiram.
Amma yanimda mulki vetendashlar olanda reklamlara baxmaq ve dinlemek hec de onlarin ureyince olmur bu birinci problem.
Ikinci problem cox az insanin (mecbur qalanlardan bashka) yerli kanallara baxmasi.
Uchuncu problem Rus ve Turk tv tanallarinda reklami getmeyen shirketlerin reklami geden reqiblerinden tanitim baximindan geride qalmasi.
Ruxsare xanim sizin yazinizi oxuyarken paralel olaraq PR dersliyini de vereqleyirdim (Halkla Ilishiler ve Tanitim Ayla Okay) fikirimce sizin gosterdiyiniz eksiklikleri PR la tamamlamaq olar (bu arada kopya cekmish oldum). Molla Nesreddinin tebirice desek Ovliyalar hoceti sevmez, Dag onlara gelmese onlar daga sari geder
Indi biz de eyer insanlarimiza oz mesajlarimiz klassik metodlarla (TV radio, qazet vs) vererken eksikliklerimiz yaranirsa o zaman biz PR-la onlarin ayaqina getmeliyik.