Sosial şəbəkələrdə yayımla

“PROCON GfK”-in adı dəyişdi! Şirkətin yeni missiyası "Müştərilərin qürur duyacağı şirkət olmaq" dır

“PROCON GfK” International Research GROUP şirkəti 1998-ci ildən müxtəlif biznes sektorlarında layihələr həyata keçirməkdədir. İndiyədək marketinq, icitimai əlaqələr və konsaltinq sahəsində onlarla layihə həyata keçirib. Şirkətin müştəriləri Azərbaycanda və xaricdə fəaliyyət göstərən şirkətlər və təşkilatlardır. Hazırda şirkətdə yerli, ABŞ və Avropa təhsilli 34 nəfər peşəkar ekspert və əməkdaşlar çalışır.
Yeni dövrdə şirkətin hədəfi "Müştərilərin qürur duyacağı şirkət olmaq"dan ibarətdir. Yeni missiyaya uyğun olaraq şirkətin adı və logotipi də dəyişikliyə məruz qalıb.
Şirkətin yeni adı “Business Insight” International Research GROUP olacaq.

Maraqlı bir məqam odur ki, şirkətə məxsus yeni missiya Azercell BM-a məxsus "Azərbaycanın qürür duyacağı şirkət olmaq" missiyasına oxşardır.

Baxılıb: 4605

Şərhlər