Sosial şəbəkələrdə yayımla

Prosper Cartoon Studio: Yeni şouril, yeni sayt, yeni imkanlar

Fermerlər, cücəni payızda sayırlar, lakin 2D/3D yaradıcı studia olan Prosper Cartoon Studio, adəti üzrə öz qələbələrini yazda sayır.  Avitaminoz  və depressiyalar vaxtı- öz bacarığın haqqında düşünmək və onunla fəxr etməkdən yaxşı nə ola bilər ki? Əlbəttə ki, zarafatdır. Onların depressiyaya vaxtı yoxdur, çünki işləri çoxdur.. Ötən bütün il ərzində də, işləri çox idi, bunu yeni hazırlanmış şouril də, əyani sübut edir. Bir dəqiqə ərzində Prosper komandası bir il müddətində görülmüş işləri video formasında hazırlamağa nail olmuşdur. Müştərilərinin arasında-Bakcell, Atena, ciddi dövlət qurumları və əyləncəli mobil əlavələr sifarişçilərnə rast gəlmək olar. 
 
 
Paralel olaraq sayt da, yeni sayt da, hazırlanmışdır - www.cartoon.az   potensial müştərilər portfolio ilə tanış olaraq, studiya haqqında daha artıq məlumat ala bilərlər, və başa düşə bilərlər ki, nəyə görə Prosper Cartoon Studio ilə işləmək onlar üçün həyati vacib məsələdir.
 
Prosper Cartoon Studio bazarda 2012 ci ildən fəaliyyət göstərir və özünü peşəkar, etibarlı və kreativ digital xidmətlər təminatçısı kimi təqdim etməyi bacarıb.
 Bütün fəaliyyət müddəti ərzində yüzlərlə sifarişçini, arzuladığı məhsul və xidmətlə təmin etmiş, onların mücərrəd arzularını və fantaziyalarını vizual məhsula çevirmiş və isbat etmişdir ki, reklam-incəsənətdir. Məhz bu cür yanaşma, Prosper Cartoon Studio-nun “kit”lərindən biridir.
 
Reklamdan söz düşmüşkən, düzünü desək, şəhərimiz elə də, böyük deyil, və söhbət xidmət sferasından gedəndə, ən yaxşı reklam əhalinin şifahi tövsiyyələri sayılır. Və Prosper haqlı olaraq fəxr edə bilər ki, tez, gözəl və keyfiyyətli nəsə azım olduğu halda, sifarişçilər bu studiyanı, öz dostlarına, tanışlarına məsləhət görürlər.
 
Prosper Cartoon Studio-nun arsenalındakı “kütləvi silah” kimi, animasiya, video və infoqrafikanı göstərmək olar. Yeri gəlmişkən, “kütləvi” dedikdə, böyük kütləni əhatə edə bilən vasitələr nəzərdə tutulur. Nə isə, nə demək istədiyimizi başa düşdünüz.
 
Animasiya-istənilən kontenti, rəngarəng əyləncəli əhvalata çevirir. Bu da izləyicinin üzündə təbəssüm, kədər, həyəcan və bir çox digər emosiyalar yaradır. Məhz emosiyalar cəmiyyətin ürəyinə gedən ən qısa yoldur. Fərqi yoxdur siz yoqurt almaq istəyirsiniz və yaxud vətənin müdafiəsinə çağırırsınız.
 
Ən mürəkkəb informasiyanı sadə şəkildə əhaliya çatdırmağın yolu infoqrafikadır. Dünya marketoloqlarının 72%i hesab edir ki, vizual informasiya, mətn informasiyasından daha effektivdir. Sosial şəbəkələrdə vizual informasiya daha maraqla paylaşılır və istifadə edilir. Misal üçün: İnfoqrafik şəkili olan tvitlər 18% daha artıq klik, 89% daha artıq layk,  və 150% daha artıq retvit edilir. Bütün bunun sadə fizioloji izahı var- insanın orta diqqət konsentrasiyası 8 saniyə davam edir, beyin isə görüntünü, mətnə nisbətdə 60.000 dəfə sürətlə dərk edir. Başqa cür desək, infoqrafika daha sürətlə izləyiciyə təsir edir.
Videoya gəldikdə isə, Prosper Cartoon Studio tərəfindən yaradılmış hər bir videonu qısametrajlı sənədli film adlandırmaq olar. Bu gün ölkəmizdə videoları Kann və digər festivallara göndərmək dəb halını alıb. Belə görünür ki, yalnız təbii təvazökarlıq, komandaya imkan vermir ki, onlar da hazırladıqları şedevrləri bu cür festivallara göndərsinlər.
 
Əgər belə olmasaydı, Prosper Cartoon Studio komandası, daim öyünərdi ki, əksər sifaişçilər, zamanla, daimi müştərilər və dostlar siyahısına qoşulur. 
 
Bayaqdan ancaq sifarişçilər barədə danışırıq... Ruh rahatlığı barədə də düşünmək lazımdır. Prosper Cartoon Studionun fəaliyyəti geniş auditoriyaya da, fayda verir. Təkcə ona görə yox ki, onlara yeni məhsullar barədə öyrənməyə şərait yaradır. Əsas odur ki, Prosper çalışır ki, bizi bu gün dörd tərəfdən əhatə edən reklam, daha çox göz oxşasın, həqiqətən keyfiyyətli orijinal və istedadlı olsun. Onun izlənməsi bezdirməsin, əksinə maraq oyatsın. Videoların baxış sayına nəzər yetirərkən görmək olar ki, bu onlarda əla alınır.
 

Baxılıb: 4896

Şərhlər