Sosial şəbəkələrdə yayımla

Pul dunyanı döndürürsə, 2009-cu ildə dünya öz oxundan çıxacaqmı?

Demək olar ki bu il ən çətin illərdən biri olacaq və köhnə qaydalar artıq işləmir. Belə vaxtlarda, markalar özlərinin nəyə qadir olduqlarını göstərməlidirlər. Bəziləri sıradan çıxacaq, bəziləri isə bu mübarizədə sağ qalacaq.

Sizin markanın qaliblərdən biri olmasına əmin olmaq üçün insanlar nə etdiyini, hisslərini və nə aldıqlarını bilməlisiniz. Buna görə də Synovate 18 ölkədə 11 500 respondent arasında sorğu keçirdi.
İqtisadiyyatda baş verənlərin çoxu insanların özlərini necə hiss etmələrindən asılıdır. əgər onlar həyatsevərdirlərsə, onlar pul xərcləyirlər. əgər onlar ümidsizdirlərsə, öz pullarını başlarının altında saxlayırlar və ya pulu istifadə etməyə daha az riskli yollar axtarırlar. Synovate hansı ölkələrin optimist və hansılarının çarəsiz olduqlarını aydınlaşdırdı.
Pessimizmdə öndə gedən ölkə Birləşmiş Krallıqdır (bütün respondentlərin üçdə biri iqtisadiyyatın daha da pisləşəcəyinə inanır). Onun ardınca isə Birləşmiş Ştatlar (69%), Belçika (69%) və Fransa (66%) gəlir. Daha pozitiv ölkələr Danimarka (20% düşünür ki iqtisadiyyat güclüdür), Braziliya (14%) və Malayziya (13%) oldu. Bununla yanaşı bu ölkələr gələn ildə öz perspektivləri haqqında da optimistic düşünürlər; Braziliyalıların 65%-i onların bu çətinliyin öhdəsindən yaxşı gələ biləcəyinə inanırlar və Danimarkalıların 52%-i hər şeyin eyni olacağını deyirlər.
Bəs insanlar daha çox nədən qorxurlar? Bütün dunyada nə insomniya yaradır? Bütün respondentlərin üçdə biri "İşimi itirmək/ailə başçısının işini itirməsi" seçdilər. Bunun ardınca "Heç nə, mən narahat olmuram" fikrini xoşbəxt respondentlərin 14%i seçib. "Ailəmi kifayət qədər qida ilə təmin edə bilməmək" fikrini isə 12% respondent dəstəklədi.  Kanadada 23% respondentin gecə kabusları isə öz pullarını yatırımlardan itirmək qorxusudur. Tayvanda isə bu göstərici 16%-dir.
Bolqarıstanda (23%) və Yunanıstanda (15%) tibbi ödənişləri edə bilməmək ən əsas narahatlıqdır. Birləşmiş Krallıqda isə bütün qorxular evlə bağlıdır (22% kirayə və ya krediti ödəyə bilməməkdən qorxur), bunun ardınca ABŞ (ikinci deyilən 23%), Belçika və Fransa (20%) və Yunanıstan (15%). Hong Kong isə yeganə ölkədir ki lüks markalarını itirməkdən qorxur (14%). Danimarka və Niderland isə ən çox "Heç nə" seçiminə görə birinci yerdədir.
İnsanların nədən qorxduqları məsələnin bir tərəfidir, digər tərəfdən isə onların nə etdikırini bilmək vacibdir. Bütün respondentlərin 59%i son altı ay ərzində öz xərclərini azaltmalı olublar. Top beş ölkələr Türkiyə (80% xərclərini azaldıb), ABŞ (78%), Yunanıstan (77%), Bolqarıstan (75%) və Fransa (71%).
Ali Muharemoglu, Synovate Türkiyənin icraçı direktoru bildirib ki, Türklərin maliyyə böhranına olan reaksiyaları təcrübələrinə əsaslanır. "Son 15 ildə Türkiyə üç dəfə böyük iqtisadi böhran yaşamışdır. Bu o deməkdir ki, Türkiyə xalqı belə şəraitə çox tes reaksiya göstərir və onların ilk addımı öz xərclərini kəsməkdir, hətta ən vacib olan xərcləri belə"
Sorğu göstərdi ki, Türklərin 55%-i altı ay əvvəllə müqaisədə ən vacib olan xərcləri azaltmış və 53% isə daha az pul yığmışdır. Fransa da isə bunun əksinə olaraq daha çox insan pul yığa bilmişdir.
Bahalı əşyalara pul xərcləməyi azaldan ölkələr isə ABŞ (82%) və Birləşmiş Krallıqdır (78%). Bütün respondentlərin yarıdan çoxu (51%) qərar verməzdən öncə qiymətləri müqaisə etdiklərini deyirlər; bu daha çox Yunanıstan (70%), Belçika (68%), Fransa və Birləşmiş Krallıq (67%) və ABŞ-da (66%) özünü qabarıq göstərir. Öz vərdişlərində daha az dəyişiklik göstərən ölkələr isə Danimarka və Honk Konkdur.
Sorğu 12 ölkə arasında süd məhsulları, spirtli içkilər, konservləşdirilmiş qida, kosmetika və digərləri də daxil olmaqla müxtəlif məhsul kateqoriyalarına daha çox, az yoxsa eyni həcmdə pul xərclədiklərini araşdırdı.
Ümumilikdə respondentlərin 27%-i digər kateqoriyalarla müqaisədə kosmetikaya daha az pul xərclədiklərini söylədilər. Onu da qeyd edək ki, sorğu həm kişilər həm də qadınlar arasında keçirilmişdir. Kosmetikanın ardınca qazlı içkilər (29% daha az xərcləyib) və spirtli içkilər (25%) gəlir.
Mike Sherman düşünür ki kompromis həm kəmiyyət həm də keyfiyyət və ya hər ikisinə əsasən ola bilər. "Mİsal üçün spirtli içkiləri götürək. Spirtli içkilərə xərclərini daha çox azaldanlar Fransızlar (48%) və Britaniyalılardır (46%). Bunların hər ikisində içki mədəniyyətlərinin bir hissəsidir. Düşünürəm ki, bu rəqəmlərin arxasında insanlar daha çox ucuz, nəinki daha az həcmdə içməyə üstünlük verirlər. Marketoloqlar satmaq istədikləri insanların motivasiyalarını başa düşməlidirlər, onların beyinlərinə daxil olmalıdırlar. Lakin, hamının eyni qaydada reaksiya verməsini düşünmək yalnış olardı".
Synovate sorğuda həmçinin, insanların daha ucuz markalara keçdiklərini və ya keçməyi planlaşdırdlqlarını araşdırdı. Umumilikdə, daha çox insan ucuz markalara artıq keçib. Bunula yanaşı, daha ucuz markaya keçməyi planlaşdıranların sayı da çoxdur.
Misal üçün konservləşdirilmiş məhsulları götürək. 10% respondent daha ucuz markaya keçməyi planladığını bildirdi, 18% artıq keçib və 58% respondent isə öz markasını dəyişməyəcəyini bildirib. Markalarını dəyişmək istəyənlər daha çox Malayziya, Meksika, ABŞ, Belçika və Rusiyadadırlar. Ucuz markaya artıq keçənlər isə Fransa (44%), ABŞ (36%) və Birləşmiş Krallıq (33%) əhalisidir.

Baxılıb: 3419

Şərhlər