Sosial şəbəkələrdə yayımla

Ramazansız Marketinqimiz

İstehlakçı cəmiyyəti bayramları çox sevir, marketerlər də həmçinin...

İnkişaf etmiş ölkələrdə olduğu kimi bizim ölkədə də bayramlar, əlamətdar günlər marketerlər üçün gözəl fürsətlər dövrü hesab olunur. İstehlak üçün hazır səbəblərin və satış üçün səylərin ən asan olduğu bu dövrlər marketerlər üçün ikiqat bayram hesab olunur.
Hətta bayramların sayı və mövzusu ilə kifayətlənməyib bunu hər an artırmağı düşünən marketerlər marketinq nağılları ilə yanaşı yeni-yeni qeyd olunacaq günlər də icad edirlər. Bizim ölkəmizdə çox qeyri-adi günlər qeyd olunmasa da, məsələn, “Müəllimlər Günü”, “Mətbuat Günü”, “Rabitəçilər Günü” kimi bəzi kiçik seqmentlərə xitab edən günləri qeyd etməyə başlayıblar.  “1 Aprel”, “Bilik Günü” və “Sevgililər Günü” kimi fərqli mövzuları da dəyərləndirməyə ÇALIŞAN marketerlərimizə ilk baxışda alqış düşür.

Niyə ÇALIŞAN böyük hərflərlə? Çünki yaddan çıxan deyəsən nələrsə qalıb.

Yeni il, Novruz Bayramı və qurtardı... Qalanları çünki siyasidir, onu marketinq aksiyası etmək bir az çətin olacaq.
Bəs bu “yazıq” Qurban və Ramazanı niyə dəyərləndirmirlər? Yox, əgər siz sadəcə bayram günü şirkətlərin efirdə və bəzi qəzetlərdə şablon şəkildə yerləşdirilən “Filancell, FilanSun, FilanHoldinq, FilanBank Azərbaycan xalqını Ramazan/Qurban bayramı münasibəti ilə təbrik edir” tipli bayram təbriklərini kifayət hesab edirsinizsə, onda suala cavab axtarmayaq.
Qurban və Ramazan bayramları dedikdə, “Doğma” sözü paralel olaraq hallanır, buna əks olaraq bu bayramlar bizim marketinqə doğmalaşa bilməyib. Səbəb?

- Deyəsən bizim marketinqin milliyəti tam azərbaycanlı deyil. Bir az nəzər salsanız, görəcəksiniz ki, böyük şirkətlərin marketinq rəhbərləri əcnəbidir.
- Dövlətimiz dünyəvidir, təhsilimiz, səhiyyəmiz, idarəetmə sistemimiz necə müasirdirsə, marketinqimiz də elə olmalıdır. Obama iftar süfrəsi açırsa, deməli, bizdə bu məsələyə dünyəvilik prizmasından yanaşmağın məntiqi əsası yoxdur.
- Biz dini dəyərlərimizi marketinq aləti edə bilmərik. Alət yox, bəlkə elə “dəyərlərimizə sahib çıxırıq” anlayışı ilə dəyərləndirək bu mövzunu?
- Qurban və Ramazanı tam mənası ilə dərk edən və yaşayan kütlənin olub-olmaması və ya onun miqyası barədə tam məlumatımız yoxdur. Deməli bu mövzuda dərin araşdırma aparılmalıdır.

Yuxarıdakı səbəblər və kiçik şərhlər subyektiv olmaqla yanaşı bir az emosional da qəbul oluna bilər. Yaxşı kimi qınıyaq? Məqsəd qınamaq olmasa da...
Mən birinci elə özümüzdən, yəni marketerlərdən başlamaq istəyirəm. Deməli, yuxarıda sadalanan səbəbləri -  hətta mən onları baryer adlandırardım – ortadan qaldırmaq üçün kifayət qədər gücümüz, nüfuzumuz və ya əsaslarımız olmayıb.

Xeyirli Ramazanlar. 

Baxılıb: 4063

Şərhlər(14)

Şərhlər (14)

24x7 24x7
Cox sade bir ish: iftar vaxti TV-de desinler ki vaxtdir. ve sonra da XX shirketi sizi tebrik edir... mence bunu hansisa shirket etseydi coxlu rehmet qazanardi...
Rafiq Hunaltay Rafiq Hunaltay
Olduqca aktual mövzudur... Ramazandan şirkətlərin yararlanmamasına gəldikdə isə deməzdim ki, hədəf auditoriyanı bu sahədə görmürlər və ya az görürlər. Risk etmirlər desək ən düzgün olardı, məncə. İl-ildən ölkədə dini duyarlılıq daha da artır. Çalışdığım sahə parfum və kosmetika sektorudur və bu sektor daha çox beynelmiləl bayrmalara hesablı aksiyalarla gündəmə gəlməsinə baxmayaraq, ötən il biz Ramazana özəl bir kampaniya etdik və 4 gündə heç bir əvvəlki kampaniyanın vermədiyi effekti aldıq. Nəticələr həqiqətən də gözlənilməz oldu. Elə bu il də daha geniş miqyaslı aksiya olacaq. Deməyim odur ki, bizim sektor bundan istifadə edib uğur qazana bilirsə, FMCG çox rahatlıqla qazana bilər.
mustafa mustafa
İftarı açmaq üçün restoranların axşamlar aktivliyi nəzərə alınmasa Ramazanın təsiri marketinqdə hiss olunmur. Müəyyən qədər də dini mağazalarda alver çoxalır.Vəssalam
guanjao guanjao
aflatunus duzgun qeyd etdi.

meselen Ramazanda ola bilecek yenilikler:
1) Sahurda ozumde shahidi olmaqnan fikirleshiremki ne yeyimki kalorili olsun amma duzdu olmasin? hansisa Pendir,Yoqurt ve s kimi istehsalcilara yeterli stimul deyilmi?
2) Restoranlarda iftar edenlerin sayinin artmasi
3) Ili ilden artiq Bugun iftara bize gelersiz cumlesinin artmasi nelerese tekan vermezmi? Buda hansisa Shiriniyyat magazalarinin neye gore maraq dairesinde deyil.(insanlarin qonaq getmesi)
bu tipli daha cox numunelere getirmek olar.


Umumi olaraq qeyd edimki Ramazan abu-havasini Marketoloqlar yashatmalidi nece ki Turkiye numunesi gostermek olarki Ramazan ayina 10gun qalmish Coca-Colanin reklamlari,THY-nin reklamlari insanlarin bu ayin gelmesini sebrsizlikle gelmesini heveslendirir.
afulya76 afulya76
Bizim camaat emosional davranışı xoşlamır. Ona görə də emosional və mənəvi yüklü bayramları afişləyərək qeyd etmirik. Hətta Novruzu bayramlamaq üçün onu inanclardan ayırıb adət-ənənəyə çevirmişik və indi özümüz də onun mahiyyətinin nə olduğunu başa düşmürük. Valentin, müqəddəs gündür :) onu unudan subay ele subay qalmağa, evli isə yaxın bir ayda gözümçıxdıya salınmağa məhkumdur. Burada daxili bayram əhvalından çox, palaza bürünüb, ellə (oxu: Qərb ölkələrilə) sürünmək meyli hökm edir. Ramazanı onu yaşayanlar bilir. Oruc tutmaq, bir ayı dualarla keçirmək, haramdan çəkinmək və ayın sonunda həqiqətən bu mubarək günlərdən - sınaqdan uğurla çıxdığına sevinmək bir-birini təbrik etmək, hədiyyə almaq yalnız onu yaşayanların anlayacağı bir şeydir. Allaha inanan, amma dindar olmayan bizim üçün, türklərdən fərqli olaraq, bu bayram kütləvi yaşanmır. Onu dünyəviləşdirib ənənə halına da salmamışıq (Novruz kimi), bu bayramda özünü göstərmək də ( isovkalıq)olmaz (daxili xof var). Bizim şəraitdə FMCG brendləri bu bayramdan istifadə edə bilər. Sadəcə, görünür, hədəfin sayı baxımından əmin deyillər.
aflatunus aflatunus
BAYRAM = HEDİYYE?
Bayramlar ve xüsusi günler, aylar haqqında danışanda niye mehz hediyyelikler haqqında danışırıq? O biri bayramlarda insanlar heddiyye aldıqlarına göremi? Ola biler, ancaq burda ferqli yanaşmaq da olar mence.

MARKETING = REKLAM?
İkincisi, ramazanda ve ya diger önemli günlerde, bayramlarda marketinq fealiyyeti tekce reklamdan ibaret deyil ki, boş yere pul xerclenmesinden danışaq.

KEYFİYYET Vs. KEMİYYET
Üçüncüsü de, ramazan ayı diger önemli günlerden bayramlardan uzun müddetliliyi ile ferqlenir. Bir ay davam eden, ve müeyyen qeder insanın heyatında olduqca önemli yer tutan (bir ay boyunca bütün heyat terzini deyişdirmek asan iş deyil), bir meseleden danışırıq. En azından kemiyyet baxımından yox, keyfiyyet baxımından baxmaq olar meseleye. Xüsusile de getdikce marketinq kommunikasiyalarının daha çox kütleviden ferdiye doğru keçmeye başladığı bir dövrde. Mence marketinq meqsedi ile istifade üçün gözel zemin var.

CLUTTER
Başqa bir vacib meqam bu sahenin kifayet qeder boş olması, clutter-in olmamasıdır. Yeni il bayramında 1 qoyub 10 götüren, burda 1 qoyub 100 götüre biler.

RAMAZAN Vs. VALENTİN GÜNÜ
Bayramları, özel günleri industriya halına salanlar eslinde şirketlerin marketing departamentleridir. Daha bir neçe il evvele kimi Tereşkovadan başqa Valentin tanimiyan milletimiz artıq fevralın 14-de eve eliboş gede bilmir.

STRENGTHS / WEAKNESSES
O ki qaldı insanların heyatında bunun çox böyük yer tutub tutmamasına, ayrı-ayrı biznes saheleriyle meşğul olanlar bilirler, ramazan ve meherrem ayları hereketliliyin zeiflediyi aylardır. Mence bu zeifliyi güclülüye çevirmek olar.
M.R.researcher M.R.researcher
Mak, movzu elbette arashdirilmalidir. Amma dogurdan hediyyelikler Ramazanda artir? Mene hele ki Ramazan munasibetile hec kim hec vaxt hediyye vermiyib ve etrafdakilardan da bunu gormurem. Meni daha cox behavior maraqlandirir, Baki ve diger rayonlarin dini mwnasibetlerinde cox keskin ferq var. misal ucun iyulda kecirdiyimiz arashdirmaya gore Bakida daha cox insan namaz qilir ve din onlarin heyatinda boyuk rol oynayir, amma regionlarda xususile de qerb zonasinda bu faiz cox ashagidir. Eger ehalinin ekseriyyeti dinsizleshibse ve Ramazana adi bir ay kimi baxirsa onda marketoloqlar niye ozlerini artiq xerce salsin ki? Ona gore hamisi insanlarin ehtiyaclarindan ve davranishlarindan asilidir.
Halal yeyenler ele tekce Ramazanda yemir axi, diger nov kolbasa yeyenin Ramazan vecinedir? Yox, onda niye bosh yere reklama pul xerclesin? :) Ona gore birinci bizim yeni istehlakcilarin davranishini deyishmek lazimdir, sonra uje mehsullari Ramazanda komunikasiyasini dushunmek olar.
maNIKA maNIKA
Bizde her shey tersine gedir. Belke bele saxlayaq? Lazim deyil kampaniyalar, bayramla elaqeli reklamlar, bayram tebrikleri, bayram endirimleri. Qorxuram, dini bayramlara el qatsalar yeni ildeki kimi bahachiliqla, qan qarachiliqla uzlesherik :)
mak mak
M.R. researcher, ona gore qeyd etmishem, bu movzu arashdirilmalidir. en azi shaqliq sarayindaki hereketliliyin azaldigi, hediyyelik mehsullarin satishinin artdigi ve s. bir neche maraqli trendlerin mushahide olundugu dovrdur. qeyd etdiklerim shexsi mushahidelerimdir. bunu daha genish musteviye cekmek lazimdir. o ki, qaldi suru meselesine hormetli aflatunus, bu meqam teessuf ki, hele de aktualdir.
mene maraqlidir ayri vaxti halal halal deyen kolbasa shirketleri Ramazanda neynen meshqul olurlar, satish her halda cox yaxshidir deye, marketinq yaddan cixir.
aflatunus aflatunus
Bizde bir az sürü mentiqi var. Meselen bir saytda çox reklam varsa, hamı ora reklam vermek isteyir.

Burda da eyni mentiq var.

Hamı oturub gözleyir ki, kimse qabağa düşsün.

Ancaq kim ise, bu boşluqdan istifade elese (idi) yaman qabağa düşer(di).

Çünkü bu sahe hele ki tamamile el deymemiş sahedir.
M.R.researcher M.R.researcher
ele Ramazan gelenden bunu dushunurdum, ama bizde neinki ramazansiz marketingdi, burda ramazansiz heyatdir. Biz gundelik heyatda Ramazan hiss ediriik ki marketingde de hiss olunsun? Marketing ne esasinda yaranir? Istehlakcilarin telebi esasinda. Eger istehlakcinin Ramazana telebi yoxdursa, marketoloqlarin neyine lazimdir? Bizde Ramazan deyeri yoxdur! ona gore de marketoloqlari da qinamaq duz deyil, qinanmali ele bizim cemiyyetdi.

Ama bir dene de qeyd edim ki yaxshi marketoloqlar bazarda ehtiyac yaradanlardir :)
maxcreative maxcreative
Benzetme, hem de ne benzetme. Eynisini etseler neysede, hec olmasa, bir effekti olar, amma onu da bacarmirlar. Yeni orney almasini da bilmirler.
Rashad Nazarov Rashad Nazarov
Retail olaraq deyə bilərəm ki, dini bayramlar hələ alıcılıq potensialının artımı baxımından Novruz və Yeni İl ilə müqayisədə çox-çox zəifdir.

Retail şirkətlər isə pulun qədrini ən çox bilən (oxu - xəsis) reklam verənlərdir. yüz ölçüb bir biçirlər belə məsələlərdə.

Dərin araşdrımaya məncə yeri var - ən azından ramazanın satışa müsbət ya da mənfi təsirini öyrənmək üçün.

Bir əngəl var ki, dini bayramlar il ərzində sürüşür, bu da proqnozlara mənfi təsir göstərir.

Göstərilən səbəblər üzündən hələ bir neçə il ərzində dini bayramlar rəsmi bayramlar kimi qalacaqdır.
guanjao guanjao
movzu cox hessasdi. Menim shexsi fikrimdi amma bele dushunuremki bizde marketinq ishi sadece benzetmedir.Umumi olaraq gorulen ekser ishlerde diger olkelerin praktiki tecrubeleridir.Yeinki ne vaxtsa Turkiye ve diger muselman olkelerinin prakitikasinida ogurlayariq...