Ramazansız Marketinqimiz
İstehlakçı cəmiyyəti bayramları çox sevir, marketerlər də həmçinin...
İnkişaf etmiş ölkələrdə olduğu kimi bizim ölkədə də bayramlar, əlamətdar günlər marketerlər üçün gözəl fürsətlər dövrü hesab olunur. İstehlak üçün hazır səbəblərin və satış üçün səylərin ən asan olduğu bu dövrlər marketerlər üçün ikiqat bayram hesab olunur.
Hətta bayramların sayı və mövzusu ilə kifayətlənməyib bunu hər an artırmağı düşünən marketerlər marketinq nağılları ilə yanaşı yeni-yeni qeyd olunacaq günlər də icad edirlər. Bizim ölkəmizdə çox qeyri-adi günlər qeyd olunmasa da, məsələn, “Müəllimlər Günü”, “Mətbuat Günü”, “Rabitəçilər Günü” kimi bəzi kiçik seqmentlərə xitab edən günləri qeyd etməyə başlayıblar. “1 Aprel”, “Bilik Günü” və “Sevgililər Günü” kimi fərqli mövzuları da dəyərləndirməyə ÇALIŞAN marketerlərimizə ilk baxışda alqış düşür.
Niyə ÇALIŞAN böyük hərflərlə? Çünki yaddan çıxan deyəsən nələrsə qalıb.
Yeni il, Novruz Bayramı və qurtardı... Qalanları çünki siyasidir, onu marketinq aksiyası etmək bir az çətin olacaq.
Bəs bu “yazıq” Qurban və Ramazanı niyə dəyərləndirmirlər? Yox, əgər siz sadəcə bayram günü şirkətlərin efirdə və bəzi qəzetlərdə şablon şəkildə yerləşdirilən “Filancell, FilanSun, FilanHoldinq, FilanBank Azərbaycan xalqını Ramazan/Qurban bayramı münasibəti ilə təbrik edir” tipli bayram təbriklərini kifayət hesab edirsinizsə, onda suala cavab axtarmayaq.
Qurban və Ramazan bayramları dedikdə, “Doğma” sözü paralel olaraq hallanır, buna əks olaraq bu bayramlar bizim marketinqə doğmalaşa bilməyib. Səbəb?
- Deyəsən bizim marketinqin milliyəti tam azərbaycanlı deyil. Bir az nəzər salsanız, görəcəksiniz ki, böyük şirkətlərin marketinq rəhbərləri əcnəbidir.
- Dövlətimiz dünyəvidir, təhsilimiz, səhiyyəmiz, idarəetmə sistemimiz necə müasirdirsə, marketinqimiz də elə olmalıdır. Obama iftar süfrəsi açırsa, deməli, bizdə bu məsələyə dünyəvilik prizmasından yanaşmağın məntiqi əsası yoxdur.
- Biz dini dəyərlərimizi marketinq aləti edə bilmərik. Alət yox, bəlkə elə “dəyərlərimizə sahib çıxırıq” anlayışı ilə dəyərləndirək bu mövzunu?
- Qurban və Ramazanı tam mənası ilə dərk edən və yaşayan kütlənin olub-olmaması və ya onun miqyası barədə tam məlumatımız yoxdur. Deməli bu mövzuda dərin araşdırma aparılmalıdır.
Yuxarıdakı səbəblər və kiçik şərhlər subyektiv olmaqla yanaşı bir az emosional da qəbul oluna bilər. Yaxşı kimi qınıyaq? Məqsəd qınamaq olmasa da...
Mən birinci elə özümüzdən, yəni marketerlərdən başlamaq istəyirəm. Deməli, yuxarıda sadalanan səbəbləri - hətta mən onları baryer adlandırardım – ortadan qaldırmaq üçün kifayət qədər gücümüz, nüfuzumuz və ya əsaslarımız olmayıb.
Xeyirli Ramazanlar.
Baxılıb: 9310
Şərhlər (14)
meselen Ramazanda ola bilecek yenilikler:
1) Sahurda ozumde shahidi olmaqnan fikirleshiremki ne yeyimki kalorili olsun amma duzdu olmasin? hansisa Pendir,Yoqurt ve s kimi istehsalcilara yeterli stimul deyilmi?
2) Restoranlarda iftar edenlerin sayinin artmasi
3) Ili ilden artiq Bugun iftara bize gelersiz cumlesinin artmasi nelerese tekan vermezmi? Buda hansisa Shiriniyyat magazalarinin neye gore maraq dairesinde deyil.(insanlarin qonaq getmesi)
bu tipli daha cox numunelere getirmek olar.
Umumi olaraq qeyd edimki Ramazan abu-havasini Marketoloqlar yashatmalidi nece ki Turkiye numunesi gostermek olarki Ramazan ayina 10gun qalmish Coca-Colanin reklamlari,THY-nin reklamlari insanlarin bu ayin gelmesini sebrsizlikle gelmesini heveslendirir.
Bayramlar ve xüsusi günler, aylar haqqında danışanda niye mehz hediyyelikler haqqında danışırıq? O biri bayramlarda insanlar heddiyye aldıqlarına göremi? Ola biler, ancaq burda ferqli yanaşmaq da olar mence.
MARKETING = REKLAM?
İkincisi, ramazanda ve ya diger önemli günlerde, bayramlarda marketinq fealiyyeti tekce reklamdan ibaret deyil ki, boş yere pul xerclenmesinden danışaq.
KEYFİYYET Vs. KEMİYYET
Üçüncüsü de, ramazan ayı diger önemli günlerden bayramlardan uzun müddetliliyi ile ferqlenir. Bir ay davam eden, ve müeyyen qeder insanın heyatında olduqca önemli yer tutan (bir ay boyunca bütün heyat terzini deyişdirmek asan iş deyil), bir meseleden danışırıq. En azından kemiyyet baxımından yox, keyfiyyet baxımından baxmaq olar meseleye. Xüsusile de getdikce marketinq kommunikasiyalarının daha çox kütleviden ferdiye doğru keçmeye başladığı bir dövrde. Mence marketinq meqsedi ile istifade üçün gözel zemin var.
CLUTTER
Başqa bir vacib meqam bu sahenin kifayet qeder boş olması, clutter-in olmamasıdır. Yeni il bayramında 1 qoyub 10 götüren, burda 1 qoyub 100 götüre biler.
RAMAZAN Vs. VALENTİN GÜNÜ
Bayramları, özel günleri industriya halına salanlar eslinde şirketlerin marketing departamentleridir. Daha bir neçe il evvele kimi Tereşkovadan başqa Valentin tanimiyan milletimiz artıq fevralın 14-de eve eliboş gede bilmir.
STRENGTHS / WEAKNESSES
O ki qaldı insanların heyatında bunun çox böyük yer tutub tutmamasına, ayrı-ayrı biznes saheleriyle meşğul olanlar bilirler, ramazan ve meherrem ayları hereketliliyin zeiflediyi aylardır. Mence bu zeifliyi güclülüye çevirmek olar.
Halal yeyenler ele tekce Ramazanda yemir axi, diger nov kolbasa yeyenin Ramazan vecinedir? Yox, onda niye bosh yere reklama pul xerclesin? :) Ona gore birinci bizim yeni istehlakcilarin davranishini deyishmek lazimdir, sonra uje mehsullari Ramazanda komunikasiyasini dushunmek olar.
mene maraqlidir ayri vaxti halal halal deyen kolbasa shirketleri Ramazanda neynen meshqul olurlar, satish her halda cox yaxshidir deye, marketinq yaddan cixir.
Burda da eyni mentiq var.
Hamı oturub gözleyir ki, kimse qabağa düşsün.
Ancaq kim ise, bu boşluqdan istifade elese (idi) yaman qabağa düşer(di).
Çünkü bu sahe hele ki tamamile el deymemiş sahedir.
Ama bir dene de qeyd edim ki yaxshi marketoloqlar bazarda ehtiyac yaradanlardir :)
Retail şirkətlər isə pulun qədrini ən çox bilən (oxu - xəsis) reklam verənlərdir. yüz ölçüb bir biçirlər belə məsələlərdə.
Dərin araşdrımaya məncə yeri var - ən azından ramazanın satışa müsbət ya da mənfi təsirini öyrənmək üçün.
Bir əngəl var ki, dini bayramlar il ərzində sürüşür, bu da proqnozlara mənfi təsir göstərir.
Göstərilən səbəblər üzündən hələ bir neçə il ərzində dini bayramlar rəsmi bayramlar kimi qalacaqdır.