Sosial şəbəkələrdə yayımla

Reklamı yaxşı edən nədir?

1. Biz hamımız surprizləri xoşlayırıq.
Siz adi bir ismarıcı qeyri-adi şəkildə ifadə edə bilərsiniz? Komediya deyil, ancaq fərqli. Bu yolla yaradılan reklamlar bizim sabahısı gün işdə müzakirə etdiyimiz reklamlardır.
 
2. Sadə saxlayın.
Dizaynın ismarıca üstün gəlməyinə izn verməyin. İdea ismarıcın ən mühim hissəsidir.

3. Məni də daxil et.
Məni şok et, dəli et, ağlat, ancaq sıxıcı və soyuq olma.

4. Məni maraqlandır.
Məgər reklamın əsas məqsədi məni daha çox məlumat istəməyə sövq etmək deyilmi? Mənim diqqətimi cəlb et və özündə saxla.

5. Yaxşı reklam cavablara malik olur.
Onlar tələb edirlər ki, siz reklama cavab verəsiniz. Onlar cavabsız sual kimidir, həll edilməlidir.

6. Öz nəticənizi əldə edin.
Ən güclü nəticə bizim özümüzün əldə etdiyimiz nəticələr deyilmi? Nəticə əldə etməmizə səbəb olan reklam doğurdan da güclü reklamdır.

7.Hekayəni danışan başlıq və təsvirdir.
Başlıq şəkildə nə olduğunu yox, sizin görmədiyinizi göstərməlidir. Başlıq və təsvir biryerdə hekayəni yaradır.

8. Onlar heç vaxt boş sözlər danışmırlar.
Boş sözlər yox, yalnız faktlar

9. Onlar həmişə yaxşı icra edilmiş olurlar
Onların ismarıca üstün gəlməyən yaxşı dizaynı, kəskin şəkilləri olur.

10. Onlar satırlar.
Bir reklam çox gözəl görünsə də, bir şey satmaya bilər. Reklamda nə dediyiniz onu necə dediyiniz kimi vacibdir. Mükafat dalınca mükafat qazanan, ancaq satışı artırmayan bir reklamın nə mənası var?

MƏNBƏ: Tom Egelhoff tərəfindən

Baxılıb: 5090

Şərhlər