Sosial şəbəkələrdə yayımla

Reklam acgözləri Gecəsi

İlk dəfə ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirin tarixi 1981-ci ildən başlayır. Məhz həmin ildə keçirilən və "Təamlar" adına layiq görülən ilk "gecə"də 1935-1981-ci illər ərzində hazırlanan reklam klipləri və anonslardan tərtib olunan beş kompozisiya təqdim edilmişdi. Nümayişdən sonra tamaşaçılar yeməyə də qonaq edilmişdilər. Tədbir uğurla keçdi. Beləliklə, yeni ənənə doğmuş oldu.
7sentyabr üçün planlaşdırılan tədbir zamanı festivalın təsisçisi olan Jan Mari Bursikonun da Bakıya səfəri baş verəcək. Tədbir zamanı seyirciləri müxtəlif sürprizlər gözləyir.
26 il ərzində topladığı reklam çarxlarının müxtəlif təqdimatları ilə Jan Mari Bursiko artıq 2 dəfə Ginnesin Rekordlar kitabına düşmüşdür.

2007-ci ilin menyusu

2007-ci il mart ayının ortalarında Jan Mari Bursico tərəfindən Cenevrədə reklam istehlakçılarının diqqətinə təqdim etdiyi yeni kliplər istər ən gözəl reklam həvəskarları üçün, istərsə də dünya şöhrətli Sinematekaya hələlik bələd olmayanlar üçün parlaq və yaddaqalan tamaşa oldu. Hər il Bursiconun tədbiri hər il dünya mədəniyyətində boy göstərən meylləri, dəb cərəyanlarını, ideoloji təmayülləri həssaslıqla əks etdirməkdədir. Beləliklə, ustadın budəfəki kolleksiyasına diqqət yqtirək.

Dörd saat yarım ərzində 47 ölkədən 400 ən yaxşı reklam klipi tamaşaçılara təqdim ediləcək. Bunların əsas hissəsini isə hələ ötən əsrdə Avropa və ABŞ-da çəkilənlər təşkil edəcək. Ötən yüzilliyin 20-ci illəri Fransasının ilk reklam nümunələrinin bənzərsiz təravətindən tutmuş, Polşa, Rumıniya, Belçika reklam örnəkləri, habelə İtaliya və Hollandiyada hazırlanan parlaq əsərlər tamaşaçıların gözünü oxşayacaq. Hərəkətli tamaşa həvəskarları isə Honda və Volkswagen üçün çəkilmiş reklam filmlərini mütləq bəyənəcəklər. Və heç şübhəsiz, Quy Ricci tərəfindən BMW üçün ərsəyə gətirdiyi sənətkarlıq incisi hər kəsi məftun edəcək. Həmin filmdə heyrətamiz imkanlarını gözlər önünə gətirilən əfsanəvi avtomobilin əfsanəvi sərnişini Madonna "şəhər cəngəlliklərində" bir növ sürət yarışına çıxaraq bunun ləzzətini dadacaq.

Ümumiyyətlə, bu dəfəki gecənin proqramı daha çox qısametrajlı bədii filmlər festivalını xatırlayır. Məsələn, elə rejissor Baz Lurman tərəfindən Nikol Kidmanın iştirakı ilə çəkilən 5 nömrəli Şanelin reklam klipinin tam variantı hansı kinodan geri qalar? Bundan başqa, Jan Lük Qodar, David Linç, Cuzeppe Tornatore, Emir Kusturitsa, Roman Polanski, Olivye Polas, Kohen qardaşları kimi ustaların Parisə həsr etdikləri əsərlər bütün romantika həvəskarları üçün gözəl hədiyyə olacaq. Fransa mövzusu həmçinin cari ilin yanvar ayında hazırlanan "Doberman", "Blueberry", "99 frank" kliplərinin timsalında davam etdiriləcək. Nəhayət, gecənin proqramını ən füsunkar əsərlər – Bob və onun Fiatı, Leonun şokoladı, Super Timor, Sironimo və Perye tamamlayacaq.

Ənənəyə uyğun olaraq Jan Bursiko hər il dünyanın müxtəlif böyük şəhərlərində yeni reklam kolleksiyasını təqdim edir. Bu il artıq bu təqdimatlardan biri Buxarestdə baş verdi. Növbəti şəhər Bakıdır, Bakıdan sonra isə şou Boynes Ayresde baş verəcək. Beləliklə reklam sevərlər: dünyanın 47 ölkəsinin 400-dən artıq reklamını 4 saat ərzində seyr etmək istəyisinizsə 7 sentyabr tarixində baş verəcək bu tədbiri qaçırmayın.

Ətraflı məlumat:  www.night.az

Baxılıb: 4638

Şərhlər