Sosial şəbəkələrdə yayımla

Reklam Bazarı meriyanın əlindən çıxır!

Paytaxtın reklam bazarına nəzarət meriyanın əlindən alınacaq. Məlumatlı mənbədən "OLAYLAR"a bildiriblər ki, hazırda reklam bazarı Bakı şəhər İcra Hakimiyyətinin monopoliyasındadır: "Təkliflər sırasında reklamlarla bağlı məsələnin bələdiyyələrə tapşırılması da var. Çünki əksər ölkələrdə şəhərlərin reklam bazarına bələdiyyələr nəzarət edir. Reklam bazarındakı qarışıqlıq, əldə olunan vəsaitin köçürülməsi ilə bağlı məlumatlar əlaqədar qurumların diqqətini çəkib. Hətta Azərbaycan dilini bərbad hala qoyan reklam çarxları verildiyi üçün meriyaya irad da tutulub". Mənbə qeyd edib ki, meriyanın tabeliyindəki şöbənin ləğv edilməsi reklam bazarındakı nöqsanları aradan qaldırmaqla inkişaf etdirilməsinə səbəb ola bilər: "Təcrübə göstərir ki, meriya bu məsələdə yalnız müəyyən maraqlar güdür. Ona görə də mütəxəssislərin təklifləri nəzərə alınacaq".

Baxılıb: 4444

Şərhlər