Sosial şəbəkələrdə yayımla

Renault öz loqotipini və korporativ devizini dəyişəcək

Renault şirkəti bu payız özünün yeni loqotipini və yeni korporativ devizini təqdim etməyə hazırlaşır. Bu barədə “Le Parisien” nəşrinə müsahibəsində Renault-Nissan alyansının rəhbəri Karlos Qon bildirib. Bu hadisə yeni nəsil Renault Laguna modelinin sentyabrda Frankfurt avtosalonunda keçiriləcək debütü ilə birlikdə təşkil ediləcək. Qeyd etmək lazımdır ki, fransız avtomobil istehsalçısı öz loqotipini birinci dəfə deyil ki, dəyişir. Bu, ilk dəfə 1972-ci ildə baş vermişdir. Sonuncu dəfə isə loqotip 1992-ci ildə dəyişdirilib. Maraqlıdır ki, hər dəfə loqotipin dəyişdirilməsi bazara yeni kompakt hetçbeklərin çıxarılması ilə əlamətdar olub. 1972-ci ildə bu, yeni Renault 5 modeli idi, ona böyük tələbat vardı, hətta bu model Amerikaya da göndərilirdi. 1972-ci ildə Renault kompaniyası Twingo avtomobillərinin ilk nəslini bazara çıxardı, üç dəfə restaylinq əməliyyatına məruz qalmış bu model 2007-ci ilin əvvəllərinədək istehsal olundu.

Xatırladaq ki, bu il Twingo avtomobillərinin ikinci nəslinin təqdimatı baş verib, onun təqdimatı yazda Cenevrədə avtomobil sərgisi çərçivəsində keçirilib.

Baxılıb: 5390

Şərhlər