Sosial şəbəkələrdə yayımla

Rock'nCoke 2009

Şounu əsl Biznesə çevirə bilən markalardan və bunun baş verdiyi rok festivalından söhbət açacam. 

İstanbul “RocknCoke” festivalı regionda öz möhtəşimliyi seçilən ən böyük əyləncə tədbirlərindən biridir. Bu möhtəşəm hadisəni işıqlandırmaq üçün Azərbaycanın bir sıra KİV nümayəndələri də tədbirə dəvət olunmuşdu. Ölkəmiz bu tədbirdə “İctimai TV”, “Xəzər” TV, “Zerkalo”, “Exo” qəzetləri, OK jurnalı, day.az, lent.az və s. KİV-in nümayəndələri qismində təmsil olunurdu. Çox qürurlandırıcı məqamlardan biri odur ki, bu nümayəndə heyətinin tərkibində Mak.az-ın da nümayəndəsi var idi (yəni mən özüm). Bu etimada görə ilk əvvəl “Coca Cola”ya və təşkilatçılığa görə isə ölkəmizdə KİV ilə münasibətlərdə əsl qərb standartları ilə çalışmağı bacaran PRP Azərbaycan nümayəndəliyinə təşəkkürümüzü bildirirəm. Qayıtdıqdan sonra bu tədbir barədə ən gec şərh və ya hesabat tipli məqaləni yazan bizim resurs oldu. Bu bizim təmbəlliyimizlə 20% əlaqəli olsa da, daha çox müşahidə vəziyyətində olmağımızla bağlı idi. Gözlədik görək, KİV bu festivalın hansı məqamlarını işıqlandıracaq. Müşahidələr onu göstərdi ki, daha çox fotosessiya və tədbirin şou tərəfindən başqa heç bir məqama toxunulmayıb. Doğrudur biz də gərək qeyd edək ki, Prodigy, Linkin Park (!!!), Nine Inc Nails, Kaiser Chiefs, Duman, Emre Aydın, Aylin Aslım və s.  festivalın baş qəhrəmanları idilər.

Lakin biz marketerlər üçün bu tədbirin marketinq cəhətdən necə mükəmməl istifadə olunması daha maraqlıdır deyə düşünürəm. 

4P

Bu festivalda tətbiq olunan 4P bildiyiniz və kitablarda yazılan “P”lərdən daha fərqli, milli ifadə ilə desək analoqu olmayan şəkildə təşkil edilmişdi. Ona görə də aşağıda gördüyünüz “P”lərdən təəccüblənməyin.

Product - Festival, Adlandırma

Ilk əvvəl onu qeyd edək, festivalın təşkilatçısı və sponsoru olan “Coca Cola” festivalın adlandırılmasını “RockNCoke” yəni “Rock and Coke” olaraq brendləşdirilib. Daha çox rok musiqisinin çətiri altına alınan bu tədbir loyallıq və emossional yaxınlaşma kimi qələmə verilsə də həm “Coca Cola” həm də tədbirdə iştirak edən digər şirkətlər üçün əsl satış məkanı idi.

People - Auditoriya
Proqressiv gənclik dedikləri, kənardan isə daha çox yenilikçi deyil etiraz və üsyan dolu bu gənc kütlə tamamı ilə kompleksiz bir auditoriyadır. Toplam sayı 40000-ə yaxın olan bu auditoriya özlərini ifadə etmək üçün super bir məkan əldə etmişdilər.

Place – Məkan
İstanbul Park adlanan bu yer İstanbulun mərkəzindən kifayət qədər uzaqda yerləşib. Yaşayış məkanlarına yaxın olmayan və nəqliyyatın demək olar ki, məhdud olduğu bu məkan daha çox Formula 1 yarışlarının İstanbul mərhələsinin keçirildiyi yer kimi tanınır.

Promotion - İştirakçılar


Vodafone

Son vaxtlar aqressivliyi və ucuz qiymət siyasəti ilə fərqlənən Türkiyənin Vodafone (Vodafon) mobil operatoru tədbirdə də kifayət qədər özünü fərqli təqdim etməyi bacardı. Belə ki, kommunikasiya konseptinin əsası olan “Fark Var” məsajı məşhur türk reperi Cezanın ifasında bütün Vodafone Çadırlarında gənclər tərəfindən təqlid olunurdu. Ən yaxşı “Fark Var” musiqi parçasını ifa edənlərə hədiyyələr paylanırdı, hədiyyələr sırasında BlackBerry (Bləkberi) və iPhone (Ayfon) telefonlarının olduğunu da nəzərə alsaq orada necə izdiham və mübarizənin olduğunu təsəvvür etdiniz deyə düşünürəm.

   

Vodafone-nun digər maraqlı kreativi isə birbaşa olaraq əsas biznesi olan danışıq üçün yaratdığı səssizlik məkanı idi. Məhz o səs-küyün içərisində telefonla danışmaq kimi çətinlik və mənfi məqamı özü üçün əlverişli məqama çevirməyi bacaran Vodafone digər operatorların istifadəçilərini də öz səssizlik köşkündə qucaqlayırdı. 

Mavi Jeans
Festivalın ən rəngli məkanlarından biri də Mavi Jeans-ə (Mavi Cins) məxsus idi. Buraya toplanan həvəskar dizayner və toxucular öz məharətlərini sərgiləyirdilər. Məqsəd “festivalın cinsi” müsabiqəsində ən maraqlı dizayn ilə qalib gəlmək idi.

   


Garanti Bank
2 gün ərzində festival ərazisində nəğd pul ilə nəsə etmək qeyri mümkün idi. Məhz bu əlverişli şəraiti özü üçün yaradan Garanti Bank, alış veriş və digər ehtiyaclar üçün iştirakçılara öz plastik kartlarını paylamışdı. Hər kəs bu kartlara pul köçürməklə festival ərazisində alış veriş edə bilirdi. Bonus Card Rock (Bonus Kard Rok) adlanan bu kartlara 2 gün ərzində 2 milyon türk lirası yükləndi. Toplam 19 min 41 ədəd plastik kart paylandı.

Bundan bir neçə atraksiyon və əyləncəli oyunlar guşələri hazırlayan Garanti Bank festivala qatılanlara öz pozitiv havasını maksimum çatdırmağı bacarmışdı. Bunlara məşhur bonus parikləri də əlavə etsək ordakı havanı hiss edəcəksiniz.





Toyota


Öz yeni “Prius” modeli ilə tədbirin rəsmi nəqliyyat vasitəsi olan “Toyota” festivalda ətraf mühitə qayğı və dost olaq məsajı ilə yaddaşlarda qaldı.



İkea
4-cü hakimiyyətin – Mətbuatın olduğu ərazini öz mebelləri və aksesuarları ilə bəzəyən İkea məqsədə elə bunu etməklə nail olmuşdu. İctimai düşüncənin idarə olunmasında və ümumiyyətlə yaradılmasında böyük rolu olan KİV nümayəndələri üçün maksimum sərinliyi və komfortu yaradan bu dünya nəhəngi digər festival iştirakçıları üçün həm əyani tanışlıq həm də məlumat üçün müxtəlif həllər təklif edirdi.

Və Nəhayət Coca Cola özü:
Məşhur “Always Coca Cola” sloqanını festival günlərində “Everywhere Coca Cola” ilə əvəz etmək ən doğru olanı idi. Plastik su qablarından başlayıb, oturacaqlara qədər davam edən Coca Cola və digər məhsullarının logosu şüur altı yerləşmə üçün maksimum çox sayda təqdim olunmuşdu. Lakin qeyd etmək lazımdır ki, bütün bu təqdimatlar çox sadə və səliqəli şəkildə aparıldığı üçün insanı qətiyyən bezdirmirdi.
Festival boyu 200 min litr coca Cola məhsulu istehlak olundu. On minlərlə insan bu tədbirdən xatirə şəkilləri çəkdirdilər, və siz təxmin belə bilməyəcksiniz bu şəkillərin sosial şəbəkələrdə yayılma sürəti və əhatəsi necə böyük olacaq. Sadəcə öz timsalımda deyə bilərəm ki, facebook-da 100-dən çox insan bu festival və Coca Cola barədə məlumatlandı.

Və bütün bunlar CSR – KSM(Korporativ Sosial Məsuliyyət) çərçivəsində:
Festival Coca Cola-nın 2 böyük KSM proqramı standartlarında təşkil olunmuşdu. Bunlar: “Hayata sen de artı kat” “Həyata sən də pozitiv qat” və “Çevreye Duyarlı Festival” “Ətraf Mühitə dost Festival” proqramları idi. Birinci qeyd etdiyimiz proqram Coca Colanın hər il xalq proyektlərinə dəstək verdiyi və daha çox UNDP tərəfindən təşkil olunan sosyal yardım proqramlarının cəmləşdiyi bir proqramdır
“Ətraf Mühitə Dost Festival” proqramı isə “Green’n Clean Paktı” kriteriyaları çərçivəsində tədbiq olunur və Avropa Festivallar Birliyi -Yourope tərəfindən icrasına nəzarət olunur.




   



Festival ilə bağlı maraqlı statistikalar.

Rock’n Coke’ta Pul Dövriyyəsi - 6 milyon Türk Lirəsi
Bonus Card Rock - 19 min 41 ədəd plastik karta 2 gündə 2 milyon TL yükləndi.
Bilet qiymətləri 75 TL ilə 130 TL arasında dəyişdi, Rock'n Coke 2009'da 4.1 milyon TL bilet gəliri əldə edildi.
2 gün ərzində festivalda bilet, yemək, içki və digər ehtiyaclar üçün təxminən 6.1 milyon TL pul xərcləndi.
22 yerli, 13 xarici qrup və sənətçinin qatıldığı festivalda toplam 376 musiqiçi iştirak etdi.
Festivalda 200 min litr içki istifadə olundu.
Festivalda 1100 nöqtədən sərinlətmə xidməti göstərildi.

 

Baxılıb: 2909

Şərhlər