Sosial şəbəkələrdə yayımla

Rolex və film tarixi

Bu ayın əvvəllərində, Cenevrə şəhərindəki Rolex İnterior Design komandası tərəfindən ulduzlar üçün hazırlanan səhnə arxası Oscars Greenroom-un da daxil edildiyi 89-cu Akademiya Mükafatlarına sponsor olduğunu açıqlayan Rolex, bu sponsorluqdan əldə etdiyi Film Sənətləri və Elmləri Akademiyasının arxivlərinə daxil olmaq fürsətini nostalji bir film ilə taclandırdı.
J. Walter Thompson New York tərəfindən hazırlanan Celebrating Cinema adlı reklam filmi, Oscar Mükafatları zamanı yayınlandı. Video çarxda Rolex saatlarının önəmli rol oynadığı ikonik filmlərdən müəyyən səhnələrə yer verilib. Onu da qeyd edək ki, aktyorlar bu filmlərdə Rolex saatlarını taxmaq üçün ne ödəniş alıblar, nə də filmdə məhsul yerləşdirmə anlaşması olmayıb. Görünən budur ki, Rolex saatları film tarixinin bir parçasıdır. 
 

 

Digər tərəfdən qazandığı 11 Oscar ilə ən çox mükafat alan film Titanikin əfsanə rejissoru James Cameron-un Rolex saatının başına gələn macəraları anlatan Every Rolex Tells A Story – James Cameron adlı film də Almaniyada, Oscar Mükafatları yayımı boyunca reklam aralarında nümayiş etdirildi. 
 

Baxılıb: 610

Şərhlər