Sosial şəbəkələrdə yayımla

Rəqabətin gözəgörünməz tərəfi

Son günlər telekommunikasıyamızın iki nəhənginin reklam çarxları efirə verildi. Məni ilk düşündürən hər iki şirkətin reklamının təxminən eyni günlərdə efirə getməsi və eyni vaxtda yenilik etməsidir, çünki, istər-istəməz insanda bunun düşünülmüş şəkildə baş verdiyi təəssüratı oyanır.
Birinci, Azercellin tizer reklami ilə gözümüzü yolda qoymuş “Onun sənə sözü var” rolikindən başlayım. Deyim ki, reklam yaxşıdır, sadə bir Heminqueysayağı şərh versəm, elə bil ki, tiramisu (kofe və şərabda isladılmış şokoladlı İtalyan biskviti, arasına da Maskarpone deyilən pendirdən qoyurlar) növündən bir keks idi, yəni çox əcnəbi və tez doyuran. Bir nəfər o rolikə iki dəfə baxsa, üçüncü dəfə çətin baxar. Həm də ki, çarxın bizdən hədsiz uzaq olduğu, heç bir doğma abu–hava əmələ gətirmədiyi konkret surətdə ortadadır. Mənim fikrimcə, Azercell marketinqə və reklama böyük miqdarda büdcə ayıran Azərbaycan şirkətlərindən biridir, həmin büdcəyə mən daha yaxşı rolik gözləyirdim. O ki qaldı, Maksimumun istifadəsinə, reklamın necə olmağına baxmayaraq, istifadəçilərin sayı çox olacaq, çünki belə hədiyyə paketindən hər kəs "az da olsa"-("bu çox azdır", oxunmalıdır) bəhrələnmək istəyəcək. Hələ Maksimuma qədər Azercellin marketinq siyasətinin necə olacağı haqqında çox düşünürdüm. Əmin idim ki, bu şirkət marketinq baxımından bəsit görünən ucuzlaşmaya əl atmayacaq, həm imicini qorumaq adına, həm də gəlirini azaltmamaq üçün. Hər zamankı kimi çox düşünülmüş və mükəmməl addım. Sadəcə məsələ ondadır ki, düşündükləri ancaq özləridir, nə deyim, kapitalizmin acı qanunlarından biri.

Bakcellin yastıqlarına keçək.. Bakcell əməlli xeyir iş gördü,texminen Azercellin "Bizdən-bizə" tarifinin imitasiyasını bazara çıxartdı, müqayisə etsək, Bakcellin qiymətləri ilə bu çox sərfəlidir. Hərçənd bunu çoxdan etməli idi, amma gec olmağı heç olmamağından yaxşıdır deyib üstündən keçmək lazımdır. Çarx isə həqiqətən komikdir, yastıqlarla konturların nə əlaqəsi var, yoxsa demək istəyirlər ki, biz sizin üçün yastığınız qədər vacibik. İlk dəfə roliki görəndə, düşündüm ki, bu hansı şirkətdir görəsən iki yastığa üçüncüsünü verir və gəlir baxımından bu xırda məsələni TV-yə verəcək qədər ağılsızdır. Tezliklə, məlum oldu ki, yastıq satışı ilə əlaqəsi yoxdur, Bakcellin sıradan reklamlarından biridir. Təəccübləndiyim budur ki, bütün dünya marketoloqları yerini müəyyənləşdir, “positioning” və s. bağırdıqları halda bu roliklər hardan meydana gəlir?
Reklamları biraz arxa planda qoyub, başqa mövzuya keçim. Qiymət rəqabəti deyə adlandırdıqları bu prosesi nə mən, nə əksəriyyət rəqabət kimi qəbul edə bilmirik. Kənardan baxdıqda vəziyyətin necə göründüyünü analiz edək, şəbəkədaxili ucuz tariflər yaratmaqla, bizim sağ cibimizdə bir telefon, sol cibimizdə başqa telefon gəzdirməyə şərait yaradırlar, sanki rəqabət deyil, bir növ gəlirin bölüşdürülməsi prosesi baş verir. Variantlar isə çoxdur, Nar və ya Catel də ola bilər, ərinmədən oturdum və neçə kombinasiyanın əmələ gəldiyini hesabladım, demək belə, əgər iki telefon istifadə olunsa, 6 fərqli kombinasiya əmələ gəlir. Mən əsla demirəm ki, bu düşünülmüş addımdır. Amma ki, Turkcellin tarif yumurtlayan toyugunun vaxtı çatmayıbmı? Bilməyənlərin nəzərinə, Turkcell artıq tarif seçmək işini abonentə həvalə etdi,və ya toyuğa, hələ özümçün bunu qərarlaşdıra bilməmişəm.:) İndi abonent hansı operatorla daha çox danışdığını hesablayır və buna görə tarifini seçir. Ən azından, bizim operatorlar bunu etməlidirlər, cibimizin ikisinə də deyil, birinə ağırlıq düşməsinin xətrinə.
Hə, bir də onu deyim ki, yazının müəllifi özüməm, məsuliyyətini də özüm daşıyıram, 
Hörmətlə,
mak.az/Aygün İslamzadə

 

Baxılıb: 4587

Şərhlər