Sosial şəbəkələrdə yayımla

Sözü bir yerə qoymaq... və ya Etibar

* 2 ilə yaxında worddə "Sözü bir yerə qoymaq" başlıqlı bir fayl açmışdım. Amma hər dəfə ertələyirdim yazını. 
* Uzun müddətdir doktorantura dissertasiyası kimi elektron ticarətdə etibar (güvən/trust) üzərində çalışıram. Çalışarkən özümçün çox maraqlı mətləbləri açdım. 
* Türkiyədəki son hadisələr etibarın cəmiyyət üçün nə qədər dəyərli bir mövhum olduğunu bir daha sübut etdi.
 
başlayaq...
 
Azərbaycandakı sosial problemin dərininə endikcə bütün problemlərin və onların əksolunmalarının təməlində duran bir neçə təməl faktor qarşıma çıxıb. Təbii ki, hər dəfə mülahizəni eyni aspektdən və eyni motivasiya ilə aparmadığım üçün müxtəlif fərqli nəticələrə gəldiyim olub. Amma üzərində ən çox baş sındırdığım və ən önəmlilərdən gördüyüm problemə "sözü bir yerə qoymaq" adı vermişdim. 
 
Xüsusən güclü cinsin (Google and co. sağ olsun cinsləri qatıb bir-birinə) nümayəndələri yeniyetməlik dövrlərini xatırlayar. Məktəbdə vəya məhəllədə hərhansı bir dələduzluğu etmək üçün "sözü bir yerə qoyardıq". Hamı vəd verərdi ki, bu dələduzluğa ortaq olacaq və "təhlükə" anında heç kim boyun qaçırmayacaq. Çünkü bir nəfər məsuliyətdən qaçıb dostlarını "satsa" mərdlik pozulmuş olur. Bax bu dostların bir-birinə etibarı demək idi. Ədəbiyyatdakı etibar tərifləri "Etibar edənin etibar etdiyinin hərəkətlərinə qarşı qırılqanlığı (vulnerability) qəbul etməsi" çərçivəsində birləşir. Yəni "mən sənə güvənirəm və inanıram ki, məni məyus etməyəcəksən".
 
Cəmiyyətin nümayəndələrinin hərəkətlərini analiz etdikdə məhz bu qırılqanlığı qəbul etməmə sezilir. Yuxarıda verdiyim nümunədə gənclər sözü yaxşı olmayan davranış üçün bir yerə qoyur. Amma onların icmasının dəyərləri incələndikdə "satmaq" mənfi hərəkətlərin ən mənfisidir. 
 
Eləcə də, cəmiyyətimizin digərlərinin etibarını sarsacaq hərəkət etməyəcəyinə inamı yoxdur. Çünki, eyni topluluqdakı insanlar tərəfdaş olduqları qədər də, rəqibdirlər. Bu rəqabətdə üstünlük əldə etməyin yolu daxili potensial, bəxt vs. olduğu qədər bizim limitlərimizdi. Daha doğrusu limitlərimizi genişlətməyimiz. Bu anda mənfi gözləntilər prosesə daxil olur. Belə ki, insanların müəyyən hədəfə doğru gedərkən dövlətin və cəmiyyətin qanunlarına riayət ediləcəyi fərz olunur. Sadə misal...
 
İki nəfər düşünün, eyni vəzifəyə şirkətin əsas namizədləridir. Biri üçün qiybət haramdır və heç vaxt o yoldaşı haqda onun olmadığı mühitdə mənfi rəy bildirmir. Digəri isə imkan düşən kimi onun haqda biraz da yalan qataraq danışır. Belə hadisələr biznes dünyasında minlərlədir. Beləcə, birincinin etibarlılığı və limitləri (bütün vasitələri məqbul saymaması) onu rəqabətdə geri salır. 
Cəmiyətdə etibar mühitinin dağılması bunun kimi misalları artırır və beləcə etibarsızlıq yayğınlaşır. 
 
Etibar ədəbiyyatında "trusting stance" deyilən bir mövhum var. Deyir ki, "insanlar başqalarına etibar etməyə meylli olurlar. Hətta qarşıdakının etibarı sarsacaq hərəkət edə biləcəyini düşünsələr də bundan israr edirlər". Araşdırmalar göstərib ki, etibar edən insanlar mənfi adlandırıla biləcək hərəkətləri etməməyə çalışır. Yəni fərdin "trusting stance"i yüksəldikcə etibarlılığı (trustworthiness) da artır. 
Bəlkə kimlərinsə yadına düşdü və assosiasiya yaratdı. İslamda "hüsnü-zənn" deyilən anlayış var. Yəni insanlar haqda nə olursa olsun mənfi hökm verməmək və onların müsbətyönlü hərəkətlər edəcəyini düşünmək. "Trusting stance"ə necə də bənzəyir. Xeyr! 30-40 illik "trusting stance" ona bənzəyir. 
 
Deyirəm, iskoç bilim adamları olmasa nağarardıq? :)

Baxılıb: 5254

Şərhlər(1)

Şərhlər (1)

Mak Mak
ağsaqqal yazıb yenə, əlinə qüvvət!