Sosial şəbəkələrdə yayımla

Sürət! Qanunu Pozmaq! və sən məhşursan!

Porsche 911 superkarının imkanlarından maksimum yararlanmaq istəyən 33 yaşlı britaniyalı avtomobil həvəskarı dərhal tarixə düşməyə nail oldu. Həm sözün əsl mənasında, həm də məcazi mənada. “Bobbi” radarı vasitəsilə qeydə alınmış sürət rejiminin pozuntusu Britaniya polisinin tarixində ən yüksək nəticə oldu:

Avtomaşın Oksfordşir qraflığındakı A420 şosse yolunda 275 km/saat sürətlə şütüyürdü.
Gənc sürücü avtomobili sürətlə idarə etməyə o qədər aludə olub ki, polis avtomobilinin yanından həmin sürətlə ötüb keçib. Yəqin ki, o, belə sürətlə sadəcə olaraq, polisləri görməmişdi.
Yeni Porsche 911 avtomobilinin qiyməti 140 min avroya yaxındır. Üstəlik, sonradan məlum olub ki, qaydanı pozmuş şəxs heç də avtomobilin sahibi deyil. O, superkarı sadəcə olaraq, işlədiyi avtomobil kirayəsi firmasından icazəsiz götürmüşdü. “Yüksək sürət həvəskarı”nın taleyini sentyabrda məhkəmə həll edəcək.
Britaniya polisinin bundan öncə qeydə aldığı yüksək sürət rekordu 250 km/saata bərabər idi. Həmin rekord BMW M3 avtomobilinin şotlandiyalı sahibinə məxsus idi. O vaxt şotlandiyalı bu rekorda görə beş ay həbs cəzası almışdı.

Ola bilsin bu cür qanun pozuntuları şirkət marketerlərinin növbəti PR və ya WOMM -a səbəb ola biləcək planlarının bir hissəsidir.

Baxılıb: 4613

Şərhlər