Sosial şəbəkələrdə yayımla

Sərnişinlər göydə də rahat uça bilərlər

Azərbaycanın «Standard Insurance» sığorta şirkəti «Müştərilərə loyal münasibət» Programı çərçivəsində aviasiya sığortası sahəsində dünyanın aparıcı anderayter agentliklərindən olan «Aviation Risk Managers FZE» şirkəti ilə birlikdə iri korporativ müştərilər üçün xüsusi aviasiya sığortası təklifini hazırlayıb.
Təklifdə hava nəqliyyat vasitəsinin sığortasıyla yanaşı üçüncü şəxslər qarşısında məsuliyyət sığortası, ekipaj və sərnişinlərin, yük və aviadaşımaların sığortası, habelə lisenziyanın itkisindən sığorta da nəzərdə tutulub. «Standard Insurance» şirkəti istənilən tipli təyyarələrə sahib olan bütün müəssisələrə lazımi peşəkar məsləhət təqdim etməyi, lazım olduqda isə onları əlverişli şərtlərlə sığortalamağı təklif edir.
Qeyd edək ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Standard İnsurance» şirkəti Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ilk üçlüyünə daxildir. Hazırda şirkətin nizamnamə kapitalı 8 mln. manata bərabərdir. /APA-ECONOMICS/

Baxılıb: 4707

Şərhlər