Sosial şəbəkələrdə yayımla

"Samsung" özünün sosial şəbəkəsini istifadəyə verir

“Samsung” şirkəti özünün "Waffle" adlı sosial şəbəkəsini istifadəyə verə bilər. 
“Samsung”dan verilən xəbərə görə, yeni sosial şəbəkənin istifadəçiləri birgə kollajlar yarada, onları dostlarının paylaşdığı şəkillərə və yazılara əlavə edə bilərlər. Nəticədə servisin kontenti “kollektiv divar yazısı” formasında təqdim olunur və bu da vaflini xatırladır. 
 
 
"Waffle", “Samsung”un "C-Lab" şöbəsinin hazırladığı xidmətdir. "C-Lab", yeni xidmətlər hazırlayıb test edir. 
Hal-hazırda yeni proqram hazırlıq mərhələsindədir, beta versiyası Android əməliyyat sistemində mövcuddur. 
Hal-hazırda bazarda "Waffle" sosial şəbəkəsinə oxşar, rəqib olacaq "İnstagram""Snapchat" sosial şəbəkələri var. 
 
Mənbə: The Verge

Baxılıb: 3075

Şərhlər