Sosial şəbəkələrdə yayımla

“Samsung”, digital üsullar ilə yol qəza hadisələrinin qarşısını alır

Statistik məlumatlara görə, Argentinada orta hesabla hər saatda bir nəfər yol qəzasından həyatını itirir. "Samsung", ən azından özünün loqistik fəaliyyətlərini təhlükəsiz şəkildə həyata keçirmək üçün çox maraqlı layihəyə imza atıb. 
Qəzaların çox hissəsinin bölünməmiş yollarda avtomobillərin bir-birilərini soldan ötmək istədikləri zaman baş verdiyini görən şirkət, öz yük maşınlarının arxasına yerləşdirdiyi monitorlar ilə, yük maşının ön tərəfində yerləşdirilən kameralardan görüntüləri arxa monitora ötürür. Beləliklə, yük maşınının arxasındakı avtomobil monitor vasitəsilə önündəki yük maşınını nə zaman ötə biləcəyinə qərar verir. 
Layihə, “Leo Burnett Buenos Aires” imzası daşıyır və agentliyin “Cannes 2015”də mükafat gözlədiyi layihələrdəndir.
 

Baxılıb: 3580

Şərhlər