Sosial şəbəkələrdə yayımla

“Samsung”dan “iPhone” istifadəçilərinə qeyri-adi təklif

“Samsung” şirkəti ötən cümə günü “iPhone” istifadəçilərinə ən yeni çıxan “Galaxy S Edge+” “Galaxy Note 5” telefonlarını pulsuz istifadə etmək şansı verəcəyini bildirib. 30 günlük istifadə müddətində istifadəçilər, telefonları istədikləri kimi istifadə edə biləcək.

Artıq bazara çıxan yeni ağıllı telefonların istifadəçiləri həyəcanlandırmadığını bildirən “Samsung”, həyata keçirəcəyi bu layihə ilə satışlarını, indiyə qədər “Samsung” istifadə etməyən ağıllı telefon sahiblərinin hesabına artırmağı planlaşdırır.

“Cnet”, “iPhone” istifadəçilərinin layihəyə nə dərəcədə maraq göstərəcəkləri barədə şübhələrinin olduğunu bildirir. Daha öncə ABŞ-ın “T-Mobile” mobil operatorunun müştərilərinə bir həftəlik “iPhone 5s” verdiyini xatırladan “Cnet”, layihənin “T-Mobile”ın gözlədiyi qədər partlayış etmədiyini də qeyd edir. 

 

Mənbə: Cnet

Baxılıb: 4113

Şərhlər