Sosial şəbəkələrdə yayımla

Satıcı və müştərini birləşdirən qlobal startap yaradıldı

Qlobal topdan və pərakəndə alqı-satqı platforması olan Businesset startap layihəsi  fəaliyyətə başlayıb.
Bu barədə  layihənin azərbaycanlı ortaqlarından olan Şahruz Həsənzadə  məlumat verib.
O qeyd edib ki, bu platforma digər B2B saytlarından istər dizayn, istərsə də funksionallıq baxımından çox fərqlənir:
“Businesset.com arada vasitəçi olmadan alıcı və satıcıların rahatlıqla bir birini tapmasını təmin edir. Fəaliyyətə başladığı andan 100 min dollar investisiya alan layihə  topdan və pərakəndə alqı-satqı ilə məşğul olan iş adamlarının və alıcıların gündəlik ehtiyaclarından və bu sahədə görmək istədiklərindən yaranan bir startapdır”.
Şahruz Həsənzadə qeyd edib ki, platforma 7 dildə fəaliyyət göstərəcək. Layihə əsasən keçmiş SSRİ və Şərqi Avropa ölkələrini hədəfləyib:
“Burada məqsəd keçmiş SSRİ dövlətlərinin qırılmış iqtisadi əlaqələrini bərpa etmək və onları bir platformada toplamaqdır”.
 
 
Qeyd edək ki,  platforma alıcı və satıcılara çox sayda üstünlüklər verir. Belə ki, alıcılar istədiyi region üzrə axtarış edə və ona lazım olan məhsulun harda daha sərfəli qiymətlərlə satıldığını müəyyənləşdirə bilər. Eyni zamanda, hər bir alıcı satılacaq məhsulu varsa,  sata və əlavə gəlir əldə edə bilər.
Platformada alıcılara güclü və çox sahəli axtarış sistemi verilir.
Qeyd edək ki, alıcılar platformaya sorğular göndərərək qiymət təklifləri əldə edəcəklər. Daha sonra isə gələn cavablara əsasən istəsələr, satıcılar arasında tender elan edərək qiymətləri öz xeyrinə dəyişə və ona ən yaxın satıcının harda olduğunu görə bilərlər.
 
 
Bu platformada satıcılara məhsullarını tanıtmaq və hansı məhsulunun daha çox diqqətə olduğunu bilmək kimi şanslar verilir. Satıcılar profillərinə, məhsullarına kimlərin baxdıqlarını görə bilirlər.
Platformada  fərdi mesaj funksiyası da mövcuddur. Saytın adaptiv mobil versiyası da istifadəyə verilib. Businesset-in saytında iOS və Android sistemləri üçün tətbiqlərin də istifadəyə veriləcəyi gözlənilir. Xidmətdən istifadə ödənişsiz olacaq.
Sayt ilə bağlı daha ətraflı burada
Layihə Ukraynada fəaliyyətə başlayıb. Platformanın Azərbaycandakı nümayəndəsi Şahruz Həsənzadədir.
 

Baxılıb: 3597

Şərhlər