Sosial şəbəkələrdə yayımla

Sergio Agüero tvitlərə futbol topu ilə cavab verib

İyun ayının əvvəlində argentinalı futbolçu Sergio Agüero, “Gillette”in Latın Amerika şöbəsinin həyata keçirdiyi kampaniya çərçivəsində bütün bir gününü azarkeşlərinin tvitlərinə cavab verməklə keçirib. 
“Gillette Latinoamerica” rəsmi “YouTube” səhifəsində paylaşılan reklam çarxı futbol üzrə 2015-ci il Amerika kubokuna həsr  olunmuşdur. Video çarx iki həftə sonra, 900 min baxış sayı toplayandan sonra məşhur oldu. 
Kampaniya üçün “Gillette” tərəfindən futbol qapısı ölçüsü boyda böyük klaviatura hazırlanmışdır və klaviatura vasitəsilə Sergio, azarkeşlərinin yazdığı tvitlərə futbol topu ilə cavab vermişdir. 
 

Baxılıb: 3999

Şərhlər