“Snickers” dünyanın ən lazımsız 3 mobil proqramını təqdim edib
“Ac olanda sən o sən deyilsən” kampaniyasının davamı olaraq "Snickers" brendi "BBDO" agentliyi ilə birgə 3 ən lazımsız mobil proqramı işləyib hazırlayıb.
Liquishield adlandırılan birinci proqram telefonu sukeçirməz edir. İkinci - Is My Phone On?, yalnız bu suala cavab verir. Və nəhayət üçüncü: 1000 Silent Ringtones sevimli musiqinizə səssiz rejimdə qulaq asmağa imkan yaradır. Proqramı yükləyib istifadə etmək istəyənlər ən sonda belə bir yazı ilə qarşılaşırlar: “Ey, əlbəttə ki, belə bir proqram mövcüd deyil. Ac olanda sən o sən deyilsən”.





Baxılıb: 3107
Şərhlər