Sosial şəbəkələrdə yayımla

Sony Ericsson şirkəti bazara yeni telefon çıxarır

“Şübhəsiz ki, həyatımızın ən xoş anlarını əbədiləşdirmək lazım gəldikdə əlimiz altında heç də hər zaman kamera olmur”, deyən Sony Ericsson-un Satış Mərkəzinin rəhbəri Helen Barnekov  bildirir: “Əgər telefonunuzun keyfiyyətli kamera ilə təchiz olunmasını arzulayır, ailə albomunu gözəl şəkillərlə bəzəmək istəyirsinizsə, demək, K770 məhz sizin üçün yaranıb”.

Cyber-Shot seriyalı Sony Ericsson K770 telefonu ilə əla şəkillər çəkmək çox asandır. Bunun üçün sadəcə obyektivin qapağını açıb kameranı “hədəfə” yönəltmək kifayətdir. Əgər şəkli zəif işıqlandırma şəraitində çəkirsinizsə, “Photo-fix” funksiyasını seçməli olacaqsınız. K770 Cyber-shot ilə çəkilən şəkilləri əla keyfiyyətdə çap etmək də mümkündür. Avtofokuslu, 3.2 meqapikselli kamera vasitəsilə ailə albomunu bəzəyəcək A4 formatlı apaydın şəkillər alacaqsınız. Eyni zamanda K770 telefonunun kamerası video çəkiliş üçün də qaçılmaz fürsətlər verir.

Telefonun yaddaş kartı 200-dək şəkil saxlamağa imkan verir. Sonradan bu şəkilləri asanlıqla dostlarınıza iri displeydə nümayiş edə bilərsiniz. Dostlarınız yanınızda olmadıqda belə çəkdiklərinizi onlara göndərib, xoş əhval-ruhiyyəni yaxınlarınızla paylaşmaq imkanınız var. Telefonun albomundakıları birbaşa internet-bloqunuzda yerləşən foto-qalereyaya da göndərə bilərsiniz. Sadəcə, saytınızın ünvanını dostlarınıza bildirin.

K770 Cyber-shot bir anı belə qaçırmaz. Bu nazik telefon cibə və ya çantaya asanlıqla yerləşir. K770 telefonu GPRS və 3G funksiyalarını dəstəkləməklə yüksək texnologiyaların nümunəsidir.

Baxılıb: 4722

Şərhlər