Sosial şəbəkələrdə yayımla

Sony Ericsson iki yeni Walkman modelini istifadəyə verdi

W890i nazik korpusu, zərif görünüşü, 2 GB-lıq yaddaşı, 3.2 meqapikselli kamerası, pleyeri ilə ən tələbkar musiqisevərlərin tələbatlarını belə ödəməklə yanaşı, keyfiyyətli şəkillər çəkmək imkanına da malikdir.

W380i bənzərsiz görünüşü və çoxşaxəli funksiyaları ilə daim hərəkətdə olan musiqi pərəstişkarlarının ürəyincə olacaq. Telefonda funksiyaların optimal yerləşdirilməsi sayəsində siz başqa işlərinizdən ayrılmayacaqsınız. Üstəlik, telefonun üst qapağında yerləşdirilmiş ekran musiqinin adını, zəngləri və zəng edənlər haqqında məlumatı sizə əyani şəkildə nümayiş etdirir.

“Təqdim etdiyimiz modellərin ikisi də gənclərə ünvanlanıb”, deyən Sony Ericsson-un Musiqi Marketinqi bölümünün rəhbəri Ben Pedli yeni məhsulların yüksək marketinq göstəriciləri nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

W890i telefonunun başlıca xüsusiyyətləri sırasında əhval-ruhiyyənizə uyğun musiqi seçə bilməsini, genişlənmə imkanına malik yaddaşda yüzlərlə mahnı parçası saxlamasını, 3.2 meqapikselli kameranın canlı şəkillər çəkməsini qeyd etmək yerinə düşər. Tək və ya dostlarınızla olmağınız fərq etməz – siz hər an sevdiyiniz mahnıları dinləyə biləcəksiniz, çünki W890i-ın rənginə uyğun stereo qulaqlıqlar və stereo ötürücüsü yüksək keyfiyyətli səsləndirmə imkanı yaradır. Özünüzə bəyəndiyiniz musiqi repertuarı da seçə bilərsiniz ki, bu parçalar da əhval-ruhiyyəniz, hərəkət sürətinizə uyğun dəyişə bilər. HSDPA funksiyası sayəsində isə musiqi parçalarını dörd dəfə daha sürətli yükləyəcəksiniz. Səs-küylü tədbirlərdə ətrafdakıların bu ya da digər mahnını dinləmək istəyini reallaşdırmaq da artıq problem deyil: axı, W890i-ın daxili stereo-sistemi yüksək səs diapazonuna malikdir!

W380i modeli də öz üstünlükləri ilə istehlakçı zövqünü oxşamağa qadirdir. “Jestlə nəzarət” funksiyası daxil olan zəngi əlinizin bircə tərpənişilə səssizləşdirməyə imkan verir. TrackID sayəsində bəyəndiyiniz musiqi parçasının bir hissəsini telefona yazmaqla ifaçının, hətta musiqi albomunun adını öyrənə bilərsiniz. Media Manager PC proqram təminatı mahnıları, şəkil və video fayllarınızı telefonunuzdan kompüterə və əksinə köçürməyinizi asanlaşdırır, onlara elə yerindəcə düzgün format verir.

W380i-ın 512 MB-lıq yaddaş kartı ilə sevdiyiniz 271 musiqi parçasını arxivləşdirməyə imkan verir. Bir neçə dəfə PlayNow düyməsinin basmaqla siz yenicə yüklədiyiniz musiqi parçasını  telefonun yaddaşından seçib dinləyə bilərsiniz.

Baxılıb: 4441

Şərhlər