Sosial şəbəkələrdə yayımla

Sony Ericsson ultramüasir W960i modelini satışa çıxarır

Sony Ericsson W960i, yeni nəsil Walkman telefonlarını təmsil edir. Artıq cibinizdə həm telefon, həm də MP3 pleyer gəzdirdiyiniz günlər arxada qaldı. Çünki yeni W960i-ın gen-bol yaddaşında  8000-dək musiqi parçası saxlamaq, sensorlu iri ekranda musiqi siyahısını barmaqlarınızla və ya stilusla asanlıqla nizamlamaq mümkündür. 2,6 düyümlük displey 3,2  meqapikselli kamera üçün əla video-arayıcı funksiyasını həyata keçirəcək, həmçinin video-faylları televiziya keyfiyyətilə seyr etməyə imkan yaradacaq.

“Hələ bu il iyun ayında W960i telefonunun kütləvi istehsalına start verdiyimizi bəyan etdikdən sonra istehlakçılardan telefonun ünvanına xoş rəylər gəlməyə başladı”, deyən Sony Ericsson-un Musiqi Marketinqi bölümünün rəhbəri Ben Padley bildirib: “Məşhur Walkman seriyasının yeni nümayəndəsi şübhəsiz ki, satış flaqmanlarından birinə çevriləcək – axı o, üçüncü nəsil telefonun, yüksək keyfiyyətli Walkman pleyerinin və bənzərsiz rəqəmli kameranın vəhdətidir”.

W960i-la yanaşı, Sony Ericsson şirkəti dünya bazarına MDS-65 markalı yeni portativ stereo-sistemin çıxarılacağı haqda da açıqlama verdi. Sony Ericsson-un mütəxəssisləri əmindirlər: bu məhsul da ümumi satış həcmlərində özünəməxsus yer tutacaq.  MDS-65, haqqında bir az əvvəl söhbət açdığımız W960i telefonuna və Sony Ericsson-un digər modellərinə mükəmməl uyğunlaşır. Portativ sistemin maraqlı xüsusiyyətlərindən biri də odur ki, siz yüksək keyfiyyətli musiqiyə hətta telefon elektrik şəbəkə qoşulduqda belə qulaq asa bilərsiniz. Onu da qeyd edək ki, dəlinmiş metaldan hazırlanmış ön paneli sayəsində aksessuar, dəbli və çox müasir görkəm alıb.

Baxılıb: 4917

Şərhlər