Sosial şəbəkələrdə yayımla

Sony Ericsson şirkəti yeni çoxfunksiyalı K630i telefonunu təqdim edir

Sony Ericsson şirkəti dünya bazarına yeni K630i modelini çıxardığını elan etdi. Turbo 3G və mobil elektron poçtunun funksiyalarını dəstəkləyən, yaraşıqlı görünüşə malik bu telefon istehlakçıların zövqünü çəkiləcək fotoşəkillərin və videonun keyfiyyəti, eləcə də musiqi fayllarının yazılması və dinlənməsinə dair geniş imkanları ilə oxşayacaq.

K630i telefonunun Broadband funksiyası sayəsində musiqinin İnternetdən yüklənməsi və elektron poçtun idarə edilməsi 4 dəfəyədək sürətlənəcək. Həm də sadəcə bir toxunuşa menyunun bütün əyləncə bölümlərinə çıxış əldə edəcəksiniz. Eyni zamanda Media Manager funksiyası istənilən musiqi və ya video faylını telefondan birbaşa fərdi kompüterə köçürməyə imkan verir.

Zərif görünüşə malik K630i telefonu iki rəng modifikasiyasında – qızılı və qara çalarlarda təqdim olunacaq. O, ətrafınızda baş verənlərdən daim xəbər tutmağınız, müxtəlif məlumatlar alaraq hər növ əyləncələrdən yararlanmağınız üçün geniş imkanlar yaradacaq. 97 qramlıq K630i, İnternetə qoşulduqda, Trubo 3G funksiyası sayəsində fərdi kompüterin sahib olduğu bütün imkanlara malik olacaq.

Telefonun təchiz edildiyi Microsoft Exchange ActiveSync qoşması elektron poçtundan istifadə tmək, məktubları nəzərdən keçirmək və onları operativ cavablandırmaq üçün əvəzolunmazdır. K630i-ın animasiyalanmış düymələrinə basmaqla seçdiyiniz İnternet səhifələrinə birbaşa çıxış əldə edəcəksiniz. Sonradan RSS Feeds funksiyasını da telefona əlavə etsəniz, ən son xəbərlər, hava proqnozu və s. kimi məlumatlarla daim təmin olunacaqsınız.

K630i telefonunun 2.0 meqapikselli kamerası ilə istədiyiniz an, istədiyiniz yerdə bu ya da digər obyekti yaddaşa həkk edə bilərsiniz. İstədiyiniz şəkli əldə etdiyiniz kimi onu MMS və ya elektron poçt vasitəsi ilə yaxınlarınıza, dostlarınıza göndərin paylaşa ya da şəxsi bloqunuzda yerləşdirin. Həmin bloqun ünvanından xəbərdar olan dost-aşna isə çəkdiklərinizi izləməklə sevincinizə şərik olacaq.

Baxılıb: 4298

Şərhlər