Sosial şəbəkələrdə yayımla

Sorğu Nəticələri: Subaru Azəri marketerlərin seçimidir!

Mak.az internet səhifəsində Azərbaycanlı marketerlər arasında aparılan sorğuya əsasən ölkədə reklam və promoşn kampaniyalarının bəyənilməsi reytinqinə Subaru başçılıq edir.
Sorğuda toplam 80 səs qeydə alınmışdır. Ölkə bazarlna yeni daxil olan Subaru həqiqətən digər avtomobil brendlərindən fərqli olaraq qısa müddət ərzində reytinq topladığını sorğunun nəticələri bir daha sübut edir. Sıralamada növbəti yerləri Nurgün Motors və İmprotex Motorsun təmsil etdikləri Nissan və BMW markası tutur. Sorğunun nəticələrinə əsasən sonuncu yerlərə KİA Motors və Diamond Motors şirkətlərinin təmsil etdikləri Kia və Mitsubishi avto brendləri layiq görülmüşlər. Çox təəcüblüdür ki, Mitsubishinin son zamanlar göstərdiyi marketinq aktivliyi marketerlər tərəfindən müsbət dəyərləndirilməyib. 

Ölkədə Kampaniya və Reklamlarını bəyəndiyiniz Avtomobil Markası Hansıdır? 
 
Subaru          30%
Nissan          23%
BMW          18%
Hyundai        9%
Mercedes     9% 
Toyota         5%
Chevrolet     3%
Kia              3%
Ford            1%
Mitsubishi    1%

Baxılıb: 4671

Şərhlər