Sosial şəbəkələrdə yayımla

“Starbucks” yeni dizaynlı qablaşdırmalarına görə tənqid olunub

“The Telegraph” xəbər verir ki, yeni dizaynlı qablaşdırmalarına görə “Starbucks”ı “Yeni ilə qarşı” olması şübhəsi ilə tənqid ediblər. Daha öncə bu cür qablaşdırmaların üzərində qar dənəcikləri, ulduz kimi bayram simvolları əks olunurdu.
Bir sıra xristian qrupları belə hesab edir ki, “Starbucks”, “Yeni il”ə qarşı mübarizə aparır və İsa peyğəmbəri qəbul etmir. Müzakirələrə Britaniya parlamentinin deputatı Devid Amess də qoşulub və o bildirib ki, yeni dizaynlı qablaşdırmaların dizayn müəllifini işdən qovmaq lazımdır. 
 
 
 
 

Baxılıb: 3776

Şərhlər